“Ermənistan sülhün yaranmaması üçün əlindən gələni edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan sülhün yaranmaması üçün əlindən gələni edir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Hər zaman regionda sülhün yaradılması, təhlükəsizlik sisteminin qurulması istiqamətində danışıqların getdiyi bir zamanda Ermənistan siyasi təxribatlara əl atır, pozucu niyyətlərini ifadə edir. Eləcə də Brüssel formatında keçirilən görüşdən öncə də biz regionda gərginlik yarandığını müşahidə etdik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, baş verən atışmalarda itkilərimiz də oldu: “Eyni zamanda müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş sülhməramlıların olduğu bölgədə də bir sıra təxribatların şahidi oluruq. Bütün bunlar Ermənistanın destruktiv niyyətlərini ifadə edir. Ermənistan sülhün yaranmaması üçün əlindən gələni edir.

Brüssel sülh formatında keçirilən danışıqlarda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi Ermənistan tərəfindən qəbul olunub. Bununla yanaşı Ermənistan tərəfi sülhə təhdid yaradan addımlarından çəkinmir. Təbii ki, regionda sülhü istəməyən qüvvələr də fəaliyyətdədirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə