Türkiyədəki seçkilərdən gözləntilər nələrdir? - POLİTOLOQ ŞƏRH ETDİ
“Türkiyədəki seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib olacağı ehtimalı daha çoxdur. Seçkilər növbəti tura qalsa da, birinci turda 49,5% səslə qələbə qazandı. Bu, rəqib üzərində psixoloji üstünlük yaradır. Kılıçdaroğlu və tərəfdarları bu dəfə qələbə qazanacaqlarını düşünürdü. Buna rəğmən Ərdoğanın üstünlük qazanması müxalif cəbhənin özündə belə inamı azaldır. Bunun isə müxalifət tərəfdən daha az adamın seçkiyə qatılmasına səbəb olacaq deyə düşünürəm”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, belə olduğu halda Kılıçdaroğlunun birinci turda topladığı səs faizi də aşağı düşə bilər: “Digər tərəfdən Türkiyədə etiraz səsi də müşahidə olunur. Yəni, birinci turda müxalifət arasından Kılıçdaroğluna etiraz olaraq Ərdoğana səs verənlər də ola bilər. Çünki onlarda əvvəldən belə bir fikir var idi ki, Kamal Kılıçdaroğlunun namizəd olması uğursuz addımdır. Buna rəğmən Kılıçdaroğlunun namizəd olması və məğlubiyyətə uğraması onları biraz da haqlı çıxartdı.
Türkiyədə müəyyən bir qisim var ki, onlar parlament seçkilərində Cümhuriyyət İttifaqı qazanıbsa, prezident seçkilərində Kılıçdaroğlunun qazanmasının siyasi böhrana gətirib çıxara biləcəyini hesab edirlər. Ona görə də əhalinin həmin qismi Ərdoğanı dəstəkləyə bilərlər”.
Beynəlxalq səviyyədə olan fikirlərə gəldikdə isə politoloq bildirib ki, əgər biz birinci turda daha çox Ərdoğanın əleyhinə olan fikirlər müşahidə edirdiksə, Kılıçdaroğlunun gözlənilən nəticəni verməməsindən sonra artıq fikirlər dəyişib: “Hətta Rəcəb Tayyib Ərdoğanın nə qədər güclü siyasi üfüqü olduğunu deyənlər belə var. Çünki görürlər ki, ikinci turda Ərdoğanın qalib olması ehtimalı daha çoxdur və siyasi əlaqələri pozmaq istəmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB