"Kılıçdaroğlu yenilik deyil, onun 75 yaşı var" - SİYASİ ŞƏRHÇİ DANIŞDI
"Mayın 14-də Türkiyədə keçirilən seçkilər Rəcəb Tayyib Ərdoğanın 49.24 faizlik böyük üstünlüyü ilə başa çatdı. O, rəqibindən xeyli artıq səs topladı. Bildiyiniz kimi, Kılıçdaroğlu altı partiyanın birləşməsindən yaranan müxalifət blokudur. Ərdoğan bu bloka Türkiyə xalqının da dəstəyi ilə qalib gəldi".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib.
O qeyd edib ki, seçkidə 5,27 faizlə səs toplayan Sinan Oğanın ikinci turda səslərini kimə verəcəyi də vacib məsələdir. Eyni zamanda Sinan Oğan Azərbaycan əsillidir və onun Azərbaycanla bağlılıqları çoxdur. Özü də müsahibəsində bildirib ki, "biz Azərbaycan üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Bu tekstin altında çox böyük məna yatır: "Mən düşünürəm ki, Sinan Oğan öz seçicilərini səsləyəcək ki, onlar səslərini Ərdoğana-Azərbaycanın gələcək inkişafına, regionda Azərbaycanın daha da güclənməsinə, Türkiyənin lider ölkə olmasına, daha da inkişaf etməsinə versinlər. Çünki Ərdoğanın dönəmində Türkiyə yüksək iqtisadi, siyasi uğurlara nail oldu. Hazırda Türkiyə aqrar ölkədən daha çox sənaye ölkəsinə çevrilib. Dünyada ilk puaları onlar istehsal etdilər, əlavə olaraq qırıcı təyyarələr, gəmilər, digər güclü hərbi sursatlar istehsal edən nəhəng ölkələrdən birinə çevrilib. Türkiyə eyni zamanda NATO-nun ən güclü quru qoşunlarından biridir. Bunların hamısına Ərdoğanın dönəmində nail olunub. Təbiidir ki, bəzi toplumların gözü yorulur. Yeniliyə səs vermək istəyirlər. Ancaq unutmaq olmaz ki, Kılıçdaroğlu yenilik deyil, onun 75 yaşı var. O, erməni əsillidir. Kılıçdaroğlu birinci turda bəyan etdi ki, yeni İpək Yolu layihəsində Azərbaycan kənarda qalacaq. Bununla o, elə öz başına zərbə endirdi".
Elşad Həsənovun sözlərinə görə, Türk qardaşlarımız bizi çox sevirlər, ona görə mən güman edirəm ki, Türk xalqı düzgün seçim edəcək: "İkinci turun xaricdə olan türk vətəndaşları üçün seçim mərhələsi başlayıb. Mən elə güman edirəm ki, Türk xalqı ikinci turda daha böyük səs çoxluğu ilə Ərdoğanı seçəcək və bu da həm Azərbaycanın regionda daha da güclənməsinə, həm də Türkiyənin lider ölkəyə çevrilməsinə gətirib çıxardacaq. Çünki bu gün dünya liderləri içində ən sayılıb-seçilən nüfuzlu dövlət başçılarından biri Ərdoğandır. Bu seçkidə də o qalib gələrsə dünya siyasətində yeri güclənəcək və Azərbaycan da inkişaf etməyə davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB