“Sərvətlərin gələcək nəsillərə çatması üçün xüsusi addımlar atmalıyıq” - Monteneqro parlamentinin sədri

“Sərvətlərin gələcək nəsillərə çatması üçün xüsusi addımlar atmalıyıq” - Monteneqro parlamentinin sədri

“Azərbaycanın paytaxtı olan Bakıda çıxış etməkdən qürur duyuram. Çox şadam ki, sizin hamınızla mühüm məsələləri müzakirə edirəm. Bir araya toplaşmağımız təqdirəlayiqdir”. SİA xəbər verir ki, bu sözləri Monteneqro parlamentinin sədri Daniela Djuroviç Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.

Daniela Djuroviç sözlərinə belə davam edib: “Biz hər gün planetlərimizin təbii sərvətlərini bəxşiş olaraq görməli və bu sərvətlərin gələcək nəsillərə çatması üçün xüsusi addımlar atmalıyıq.

Bir neçə gün ərzində çox gözəl fürsətimiz olacaq ki, ekoloji və iqtisadi sahədə əməkdaşlıq edək. Məlumdur ki, artıq dünyamız çoxsaylı və qarşılıqlı problemlərlə üzləşir. Bunlar arasında qlobal, ekoloji, nəqliyyat infrastruktur və sosial bərabərsizlik kimi məsələlər var.

Onu da qeyd edim ki, Rusiya- Ukrayna müharibəsi kəskin və iqtisadi şəkildə Ukraynanın unikal biomüxtəlifliyinə mənfi təsir göstərdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə