ATƏT adlı bir qurumun ikili standart yanaşma tətbiq etdiyi Azərbaycan ictimaiyyəti üçün yenilik deyil. Ələlxüsus seçki prosesləri bitdikdən sonra bu beynəlxalq qurumun ikili yanaşmasının xalqımız dəfələrlə şahidi olub. Şahidi olub ki, ATƏT öz rəyini və hesabatlarını hələ seçki başlamamışdan qabaq, öncədən hazırlayır və bu baxımdan da onlar reallığı əks etdirmir, əksinə, yanlış, qərəzli olduğu hər dəfə öz təsdiqini tapir və bu səbəbdən də hətta ikrah doğurur, çünki ədalətsizliyi ilə diqqəti cəlb edir. Bu beynəlxalq qurumun get-gedə tamamilə nüfuzdan düşməsi də bu baxımdan təsadüfi və səbəbsiz deyil, ikiüzlülüyünə görədir.
Belə görünür ki, ATƏT-in bütün məsələlərdə ikili standart yanaşmasına dünya ictimaiyyəti alışqandır. Əks halda, bu qurum özü öz ikili yanaşmalarına, anti-türk mövqeyinə son qoyardı. Amma görünən odur ki, ATƏT nə öncədən seçki hesabatı hazırlamaq ənənəsindən vaz keçməyib, nə də bu qurumun seçkilərə zidd olan hesabatı ortaya qoymaqdan utanmaq niyyəti yoxdur. Bu yekəlikdə bir beynəlxalq təşkilat Türkiyədə keçirilən son seçkilərə də ağız büzürsə, deməli, onun nə ikiüzlülüyündən, nə də anti-türk mövqeyindən əl çəkmək niyyətində olmadığı bəlli olur və o da bəlli olur ki, hələ bundan sonra da çox belə absurd yanaşma ortaya qoya bilər.
Türkiyədə keçirilən və dünya üçün demokratiya örnəyi sayılan son seçkilərə kölgə salmağa çalışan ATƏT bu dəfə özünü tamamilə rüsvay etmiş oldu. Onsuz da olmayan imicini bu dəfə yerlə-yeksan etdi. İstər seçki marafonunun təşkili, istər mübarizə aparan qüvvələrin müxtəlifliyi və istərsə də seçici fəallığı baxımından bu son seçki bütün dünya üçün örnək, nümunə göstərilməli halda, ATƏT yenə də ikili standartlarını işə saldı, öncədən hazırladığı absurd rəy və hesabatını üzə çıxardı və bu təşkilatın qeyri-ciddi bir qurum olduğu reallıqdan uzaq olan hesabatlarında bir daha öz təsdiqini tapdı.
Hər dəfə seçkilərlə bağlı ATƏT öz absurd hesabatlarını və rəyini ortaya qoyanda bu beynəlxalq təşkilatın müşahidəçilərinin seçki prosesində ümumiyyətlə iştirak etməsi belə hər kəsdə şübhə doğurur. Çünki bu qurumun hesabatları, rəyi heç zaman seçki reallıqları ilə üst-üstə düşmür. Türkiyədə keçirilən seçkilərlə bağlı ATƏT-in rəy və hesabatlarının bu dəfə də, yenə də əvvəlkilərdən fərqlənmədiyi, yenə də ziddiyyət təşkil etdiyi bəlli oldu. Bəlli oldu ki, bu dəfə də ATƏT Türkiyədə keçirilən və hətta demokratiyaya nümunə olan seçkilər barədə çox ədalətsiz rəyini, hesabatını açıqlmaqla öz ikiüzlülüyünü gizlətmədi. Bu qurumun belə ikiüzlülüyü artıq qəbul etdiyi göz önündədir və Türkiyədə keçirilən son seçkilərlə bağlı iddiaları bunu təsdiq edir.
ATƏT utanmadan iddia edir ki, guya Türkiyədə ədalətli seçki kampaniyası təşkil edilməyib, halbuki həmin ölkənin qanunvericiliyinə uyğun şəkildə seçki kompaniyasına başlanılıb. Bütün siyasi qüvvələrə geniş imkanlar yaradıldığı da inkar edilə bilməz, çünki onların seçicilərlə görüşündən tutmuş, mitinqlərin təşkil edilməsinə qədər, media və sosaial şəbəkə platformaları üzərindən təbliğat aparılmalarına qədər geniş imkanlar yaradılıb. Bunları görməməzliyə vurmaq, inkar etmək ikiüzlülük deyilmi? Türkiyədə müxalifət qüvvələri iqtidara qarşı nüfuzdan salma tədbirləri gördüyü zaman heç bir inzibati resursdan istifadə edilmədiyini görməməzliyə vuran bir təşkilatın, ədalətli seçki kampaniyası təşkil edilməyib, deyə bəyan etməsi elə ikiüzlülükdür. Belə bir ikiüzlülüyün adı da elə ATƏT ikiüzlülüyüdür, çünki başqa bir qurum, 100 illik demokratik seçki təcrübəsinə malik olan bir ölkə, eləcə də Avropa ölkələrinin özünə belə nümunə olan seçkini keçirən ölkə barəsində bu kimi iddia ilə çıxış etmək üçün üzündə üz tapa bilməzdi.
ATƏT-in daha bir iddiasında yenə də həyasızcasına qeyd edilir ki, seçicilərin böyük qismi səsvermədə iştirak edə bilməyib. Halbuki, təkcə son seçkilər deyil, ümumiyyətlə, Türkiyədə keçirilən seçkilərdə, səsvermədə seçicilərin iştirak etmə faizini Avropa ölkələri yuxusunda belə görməyib. Ötən əsrin sonlarından bu vaxta qədər keçən 24 il ərzində seçki fəallığının statistikası deyilənləri təsdiq edir. Əgər Türkiyədə bu qeyd olunan müddətdə keçirilən seçkilərdə seçicilərin fəallığı hər dəfə 80 faizdən yuxarı olubsa, seçicilərin böyük qisminin səsvermədə iştirak edə bilmədiyini iddia etməyə ikiüzlülük deməmək mümkün deyil. Bu illər ərzində Türkiyədə keçirilən səsvermədə seçicilərin fəallığı barədə statistikaya nəzər saldıqda görürük ki, bu göstərici 1999-ci ildə 87,19 faiz, 2007-ci ildə 84,25 faiz, 2011-ci ildə 83,16 faiz, 2015-ci ildə 83,92 faiz, 2018-ci ildə 86,24 faiz, 2023-cü ildə, sonuncu dəfə də 88,92 faiz təşkil edib. Həmin bu statistikanın fonunda Türkiyədə keçirilən son səsvermədə seçici fəallığına ağız büzmək, seçicilərin böyük qisminin səsvermədə iştirak edə bilməməsini iddia etmək həyasızlığın son həddidir.
Müxalifət qüvvələrinin seçkidə iştirakına maneələr yaradıldığını iddia etmək özü də həyasızlıq əlamətidir və ATƏT-in belə bir iddia ilə çıxış etməsindən sonra yenə də sözügedən təşkilatın müşahidəçilərinin seçki prosesində ümumiyyətlə iştirak etməsi bir daha şübhə doğurur. İstər ideologiyaların müxtəlifliyi, istərsə də ittifaq və partiyaların sayı baxımından Türkiyədə keçirilən son seçkinin tayı-bərabəri dünya tarixində olmayıbsa, ATƏT hansı üzlə bu iddia ilə çıxış edə bilər? Əgər bu son seçkidə 4 ittifaq və 36 siyasi partiya yarışırdısa, mübarizə aparırdısa, deməli, yenə də bu yekəlikdə beynəlxalq təşkilat absurd rəy və iddia ilə çıxış edir. Bütün dünya ictimaiyyəti bir-birinə daban-dabana zidd ideologiyaların yarışını izlədiyi halda ATƏT müxalifət qüvvələrinin seçkidə iştirakına maneələr yaradıldığını iddia edirsə, ikiüzlülük edir.
PKK terror təşkilatının siyasi uzantısı olan HDP lideri Səlahəttin Dəmirtaşın Türkiyədə keçirilən son seçkidə iştirak etməməsi guya ATƏT-i nrahat edirmiş, amma bu təşkilat onu da nəzərə almır ki, HDP üzvləri Yaşıl Sol Partiyası adı altında seçkidə iştirak etdilər, hətta onlar arasında parlamentə düşənlər də oldu, hansı ki, bu fakt özü də ATƏT-in ikili yanaşmasını, ikiüzlülüyünü təsdiq edir. PKK-nın sifarişini, bu terror təşkilatının təlimatlarını icra edən cinayətkar Səlahəttin Dəmirtaşın 2014-cü ildə Türkiyənin cənub-şərq bölgəsində təşkil etdiyi iğtişaşlardan, bu iğtişaşlar nəticəsində 2 polisin şəhid olmasından, 37 vətəndaşın həyatını itirməsindən, 761 insanın yaralanmasından bəlkə ATƏT-in xəbəri yoxdur? Yaxşı xəbəri var və bu təşkilata əyandır ki, Türkiyədə vətəndaş müharibəsinin reallaşdırılmasına hesablanmış bu planın iştirakçısı olan Səlahəttin Dəmirtaşın həbs edilməsi səbəbsiz deyil və qanunidir. Belə olan halda, onun seçkidə iştirak etməməsini seçkidə iştiraka maneə kimi qələmə vermək ikiüzlülükdən başqa necə adlandırıla bilər axı?
Daha bir məqam diqqəti çəlb etməyə bilməz və maraqlıdır, görəsən seçkiyə müdaxilələrin olacağı, Ərdoğanın seçilməsi üçün seçkinin saxtalaşdırılacağı barədə əvvəlcədən hardan bilmək olardı ki, bu barədə iddialar Qərb mediasının manşetlərində öz əksini tapırdı? Hələ seçki baş tutmamışdan bunu iddia etməyə nə ad vermək olar? Bütün bunlar seçkidən öncə Türkiyə iqtidarına qarşı beynəlxalq media üzərindən aparılan kampaniya deyilmi? Qərbin ağız dolusu danışdığı demokratiya budurmu? Bu demokratiya yox qısqanclıq və paxıllıqdır, hansı ki, səbəbləri də bəllidir. Bəllidir ki, özünü “demokratiyanın beşiyi” kimi qələmə vermək istəyən Qərb, lap dəqiq desək, ABŞ özü belə Türkiyədə müşahidə etdiyi demokratiyaya həsəd aparır. Türkiyədə keçirilən prezident seçkilərinin ikinci tura qalması özü belə təsdiq etdi ki, Qərbin tirajlamaq istədiyi yalan, ATƏT-in iddiaları isə absurddur və ikiüzlülüyün təzahürüdür. Dünya ictimaiyyəti yaxşı başa düşür ki, əgər bir ölkədə prezident seçkiləri ikinci tura qalırsa, orada demokratiyanın olmamasından, seçkilərə iqtidarın müdaxiləsindən danışmaq ikiüzlülükdür. Bu ilk növbədə elə ATƏT ikiüzlülüyüdür ki, təkzib edilə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB