"Ümummili Lider Türk dövlətləri ilə perspektivli əlaqələrin əsasını qoyub" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan bütün qonşu dövlətlər, xüsusilə də türk dövlətləri ilə çoxtərəfli münasibətlərin qurulmasına hər zaman önəm verib. Hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti, Azərbaycan müstəqilliyi üçün ciddi təhdidlərin olduğu dövrlərdə Edrmənistan istisna olmaqla Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətlərin qurulmasında təqdirəlayiq addımlar atılmışdır. Xüsusilə də İslam və Türk dünyası arasında birliyin formalaşdırılması istiqamətində ölkəmiz tərəfindən uğurlu işlər görülüb. Ulu Öndərin türk respublikalarına səfərləri, eyni zamanda onların Azərbaycana dəvət olunması, müxtəlif istiqamətlərdə razılaşmalara gəlinməsi Azərbaycanın regiondakı gücünü kifayət qədər artırıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Ümummilli Lider türk dövlətləri ilə perspektivli əlaqələrin əsasını qoyub: "Cənab Prezident İlham Əliyev də hər zaman xarici siyasətində türk dövlətləri ilə münasibətlərin genişləndirilməsini prioritet götürüb. Bunun nəticəsidir ki, Azərbaycanın Orta Asiya ölkələri ilə əlaqələri gün keçdikcə daha da irəliləyir. Bu xüsusda Özbəkistan dövlətini xüsusi vurğulamaq lazımdır. Bu gün bu iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Özbəkistan Azərbaycanın haqq səsinə müxtəlif platformalar üzərindən hər zaman dəstək verib. Bu gün də Azərbaycan Prezidentinin Özbəkistana etdiyi səfərlər, imzalanan çoxistiqamətli razılaşmalar da iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir.
Hesab edirəm ki, bundan sonra da Azərbaycan və Özbəkistan arasında əlaqələr daha da inkişaf edəcək. Xüsusilə də ticarət əlaqələrinin genişləndirilməsi ticarət dövriyyəsinin artmasına və turizmin inkişafına da öz töhfəsini verəcəkdir. Nəticə etibarıilə xalqlar arasında dostluq-qardaşlıq münasibətləri daha da böyüyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB