Ermənistanın müstəqil şəkildə qərar vermək əzminin olmadığı, həm də bu ölkənin işğalçılıq siyasətindən əl çəkmədiyinin hamı şahididir və hələ də münaqişənin həllində İrəvanın hansısa ölkələrin dəstəyinə boş yerə ümid etdiyi də göz önündədir. Ona görə boş yerə ümid edildiyi qənaətindəyik ki, çünki işğalçı ölkənin maraqları heç bir ölkə üçün önəmli deyil, ola da bilməz və əgər Fransanın timsalında hansısa bir ölkə ermənipərəst mövqedən çıxış edirsə, deməli, öz maraqlarını həyata keçirmək niyyətindədir və bunun üçün Ermənistanın özündən istifadə olunur. Özünə himayədar axtaran İrəvanın özünün alət olduğu ortaya çıxır.
Fransanın vaxtaşırı olaraq Ermənistanın təəssübkeşi kimi çıxış etməsi bu ölkənin regiona maraqlarından, eləcə də öz ölkəsində seçkilərə təsir etmək imkanında olan erməni lobbisini “zərərsizləşdirmək” niyyətindən irəli gəlir. Doğrudur, Fransa da bir işğalçı dövlət kimi Ermənistandan fərqlənməyə bilər, amma rəsmi Parisin “erməni təəssübkeşliyi” İrəvanın absurd iddialarını reallaşdırmaq niyyətinin olması demək deyil, çünki ermənilərin nə ideyaları, nə də özləri Fransa üçün heç bir məna belə kəsb edə bilməz. Ermənistan Fransa üçün “yağlı tikə” də hesab olunmur, ona görə ki, səfalət içərisində olan bir ölkə hərhansı Avropa ölkəsinin diqqətini belə cəlb edə bilməz. Heç Rusiya üçün də Ermənistan maraq dairəsində olan bir ölkə deyil. Qlobal, yaxud regional layihələrdən kənarda qalan, heç bir faydalı, təbii ehtiyatı olmayan, tərəfdaşlıq üçün hansısa tövhə verə bilməyən, özü də möhtac durumda qalan, tənəzzüldə olan və rüsvayçı şəkildə məğlub duruma düşən bir ölkə Moskvanın nəzərində belə olmaz axı. Tərəflər arasında razılaşmaların əldə edilməsi prosesində Rusiyanın iştirak etməsi belə, Qafqazda sülhün olub-olmamasına deyil, sülhdən nə əldə edəcəyinə marağının olduğu deməkdir. Bir sözlə, bu vaxta qədər rusları özlərinə böyük qardaş hesab edən ermənilərin istər rus qardaşlarını, istərsə də fransız bacılarını himayədar hesab etmələri onların böyük yanlışlığıdır.
“Avropa İttifaqı missiyası nəinki faydasızdır, həm də regiona yeni çağırışlar gətirir”, deyə Praqada bəyan edən erməni baş nazir Nikol Paşinyanın ifadələrindən belə məlum olur ki, Ermənistan cəmiyyəti bu yaxınlarda öz ərazisində məskunlaşan Avropa İttifaqının uzunmüddətli missiyasının fəaliyyətindən də narazıdır. Maraqlıdır, sözügedən missiyanın fəaliyyəti niyə Ermənistanı qane etmir? Ümumiyyətlə, erməni cəmiyyəti nə gözləyirdi bu missiyadan? İndi İrəvanın istəkləri ilə missiyanın fəaliyyəti arasında uyğun gəlməyən nədir ki, erməni baş nazir belə aqressiv şəkildə narazılığını bildirir? Axı həmin o missiyanı kimsə məcburi şəkildə Ermənistana göndərməmişdi və sirr deyil ki, öz ərazisində Avropa İttifaqı missiyasının yerləşdirilməsi ideyasının müəllifi belə Ermənistan tərəfi özü olub. Özü də nə Azərbaycanın, nə də Rusiyanın razı olub-olmaması soruşulmadan belə ermənilər buna can atıblar. Elə isə, indi niyə erməni baş nazir belə “giley-güzar” edir? Təbii ki, burada bir paradoks var və bu da səbəbsiz ola bilməz. Səbəb də odur ki, himayədar axtarışında olan ermənilərin Avropa Missiyası barədə xam xəyallarının, arzularının puç olduğu ortaya çıxıb deyə onlar belə qənaətdədirlər. Artıq ermənilər onlar üçün acı olan həqiqətləri görmək, qəbul etmək məcburiyyətində qalıblar. Bu həqiqətlər də ondan ibarətdir ki, Avropa Missiyası heç də Ermənistanın maraqlarına xidmət etmək niyyətində deyil və bunun erməni cəmiyyətində necə rezonans doğurduğu Paşinyanın ifadələrindən bəlli olur.
Sözsüz ki, tarix boyu ermənilər, daha dəqiq desək, haylar kimlərinsə himayəsi altında olublar, başlarının üstündə hər zaman bir “ağa”, bir himayədar olub və heç zaman müstəqil olmayıblar. Ümumiyyətlə, hayların bir dövlətçilik ənənələri də yoxdur ki, bunun əksini fərz edə, söyləyə bilsinlər. Mifləşdirdikləri də özlərinin uydurduqları yalanlardır və bu da onların dövlətçilik dəyərlərinin olmaması komplekslərindən irəli gəlir. Özünü erməni xalqı kimi təqdim edən köçəri hay tayfası tarix boyu bir yerdən başqa bir yerə köçürülüblər, vətənsiz olublar və məhz vətənsizlik kompleksinə, eləcə də heç zaman dövlət qura bilməmələrinə görə də, yəni “görməmişlikləri” fonunda onlar üçün ruslar tərəfindən hədiyyə olunan Ermənistan dövləti ilə kifayətlənə bilmirlər. Yenə də Azərbaycan ərazilərində özlərinə daha bir dövlət qurmaq arzusuna düşüblər deyə bu arzularını gerçəkləşdirmək üçün ötən əsrin sonlarında bizə məxsus olan torpaqları işğal etməyə qalxıblar və 30 il ərzində həmin əraziləri işğal altında saxlayıblar ki, ikinci bir erməni dövləti qursunlar. Görməmişlikləri fonunda qondarma bir dövlətin olduğunu bəyan da ediblər, halbuki heç yerdə, heç Ermənistan tərəfindən belə tanınmayıb. Əlbəttə ki, bunlar olduqca gülünc və absurd görünür, amma bu gülünclüyü ermənilər qəbul ediblər, çünki hər zaman kimlərinsə himayəsinə sığınacaqlarını güman ediblər.
Bir zaman çar Rusiyasının köməyi ilə Azərbaycan ərazilərində məskunlaşan haylar elə rusların köməyi ilə də sonradan dövlət qurmaq missiyalarını həyata keçirə bildilər və bir növ elə zənn etdilər ki, onlar nə vaxt, harada istəsələr dövlət qurmaq “həvəsinə” düşsələr kimsə onlara köməklik, himayədarlıq etməlidir. İndi bu mənada acgözlükləri, xam xəyalları fonunda hansısa bir himayədar tapmadıqda buna alışa bilməmələrinin də səbəbi bəlli olur. Həm də bəlli olur ki, onlar niyə himayədar axtarışından əl çəkə bilmirlər. Bir zaman Rusiyadan, sonra Fransadan, ardınca da Avropa İttifaqından himayədarlıq uman ermənilər hələ də dərk edə bilmirlər ki, heç kim onlara borclu deyil. Dərk edə bilmirlər ki, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması belə rusların maraqlarına xidmət edib deyə baş tutub. Düzdür, bundan, rusların maraqlarından ermənilər yaxşıca istifadə edə, faydalana biliblər və bizə məxsus olan əraziləri ələ keçiriblər, hansıki, həmin ərazilər indi Ermənistan torpaqları kimi xəritəyə düşüb, amma bu, o demək deyil ki, ruslar bunu onlar üçün ediblər. Xeyr, əsla belə deyil.
Ruslar bölgədə öz maraqlarını təmin etmək, mövcudluqlarını qorumaq üçün hayları bir zamanlar alət etmişdilər və bu alətdən vaxtaşırı istifadə etmək üçün həmin ərazilərdə onları məşkunlaşdırmışdılar. Məskunlaşdırmışdılar ki, istədikləri vaxt bölgədə qarışıqlıq, təxribat salmaq üçün haylardan istifadə etsinlər, axı bu cür qarışıqlıq salmaq xislətlərinə bələd idilər. Elə sonralar da ermənilərə bu məqsədlə dəstək göstərildi və onlara alət olmaları müqabilində müəyyən şanslar da verildi, hansıki bunun hesabına torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlaya bildilər. Amma bu, o demək deyil ki, bundan sonra da hansısa dövlət, hansısa xalq ermənilərin maraqlarına xidmət etməli, onlar üçün çalışmalı, onları öz himayəsi altında saxlamalıdır. İndi erməni cəmiyyəti bunu dərk etməkdə, yaxud qəbul etməkdə çətinlik çəkir, amma çətin də olsa ermənilər qəbul etməlidirlər ki, çirkin niyyətlərini reallaşdırmaları üçün bundan sonra himayədar axtarışları nəticə verən deyil. Çünki nə zaman o zamandır, nə də Azərbaycan müstəqilliyinin bərpa edildiyi ilk illərdəki ölkə deyil, qüdrətli dövlətdir və öz haqlarını, hüquqlarını, özünə məxsus olanı qorumaq, müdafiə etmək əzmindədir.
Gah Qərbə, gah Rusiyaya meyil edən, hətta bunu nümayişkəranə şəkildə edən ermənilər bəzən də amerikalıların himayəsinə ümid edirlər. Sözsüz ki, ABŞ himayəsində olmaq haylar üçün çox böyük məqam hesab olunur, amma Ağ Ev erməniləri heç də öz öhdəsinə götürmədiyini çox incə şəkildə onlara başa sala bilib. Başa sala bilib ki, Amerikanın da öz maraqları var. Əslində, ermənilər çoxdan bilməli idilər ki, indiki halda Cənubi Qafqazda sülhün təminatı istiqamətində Vaşinqtonun səyləri həmin regionda Rusiya və İranın təsirlərini də, mövcudluqlarını da minimuma endirmək niyyəti ilədir. Bu səylərin ermənilərə heç bir aidiyyatı yoxdur və onlara görə deyil. Bir sözlə, ABŞ hansısa təkliflərlə çıxış edirsə, öz maraqlarını nəzərə alaraq çıxış edir və əgər ermənilər hər dəfə Ağ Evin təkliflərini gördükləri zaman elə zənn edirlərsə ki, himayədar tapıblar, bərk yanılırlar və yenə də xam xəyallara düşmüş olurlar. Bu xam xəyalların isə onları uçuruma apardığı dəfələrlə öz təsdiqini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB