“Hazırda Ukraynada gedən müharibə yavaş-yavaş Ukraynanın xeyrinə dəyişir. Çünki Ukraynanı Avropa dəstəkləyir. Bundan başqa Rusiyada daxili gərginlik artır, Putinin komandası onun yürütdüyü siyasətlə razılaşmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Rusiyanın imici yerlə-bir olub: “Rusiya ordu gücü baxımından dünyaya meydan oxuyurdu. Görünən isə əslində ordunun çox pis vəziyyət olduğudur, rüşvət və korrupsiya baş alıb, gedir.
Hazırda Rusiyada hərbi çevriliş olma ehtimalı çox böyükdür. Ukraynanın Rusiya üzərində qələbə çalması dünya üçün xilas yoludur.
Müharibə bu şəkildə Ukraynanın xeyrinə davam edərsə, tezliklə bitə bilər. Hazırda hər iki ölkənin müəyyən səbəblərdən zamana ehtiyacı var. Rusiya siyasi cəhətdən uduzmuşdu, indi isə iqtisadi cəhətdən də uçurumdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB