"Erməni təxribatlarının qarşısını almaq üçün ..." - HƏRBİ-SİYASİ EKSPERT DANIŞDI
"Mən ermənilərin xüsusən Zəngəzur və Kəlbəcər, Basarkeçər istiqamətində aktivləşəcəyini öncədən açıqlamışdım. Ona görə Basarkeçər istiqamətində vəziyyəti ağırlaşdırmağa çalışacaqlar ki, orada bir hissəsi Azərbaycan tərəfdə olan Zod qızıl mədəni var. Mədənin Ermənistan tərəfində olan hissəsində demək olar ki, qızıl ehtiyatları tükənməkdədir. Rusiya şirkətinin hesablamalarına görə, bu ilin sonuna kimi oradakı qızıl ehtiyatı istismar olunub bitəcək". Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycan o əraziləri geri aldıqdan sonra Ermənistanın iqtisadiyyatında da problemlər yaranıb: "Ermənistan yenidən Zod qızıl yatağının Azərbaycanda olan hissəsini geri qaytarmaq və birdəfəlik Rusiyanın tabeliliyinə vermək istəyirlər. Rusiya da bu məsələdə maraqlıdır. Zəngəzur istiqamətində də vəziyyəti ağırlaşdırıb beynəlxalq qüvvələri bu əraziyə cəlb etmək istəyirlər. Çünki Ermənistan artıq Rusiyaya bel bağlamır".
Ekspert sözlərinə davam edərək bildirib ki, xüsusilə Həkəri çayın üzərində körpünün qurulmasından sonra onlarda tamamilə ruh düşkünlüyü yaranıb və Rusiyaya qarşı inamlarını itiriblər: "Böyük vəchlə çalışırlar ki, istər Ermənistanda, istərsə də Qarabağda Rusiya sülhməramlılarını beynəlxalq qüvvələrlə əvəz etsinlər. Bütün bu hadisələrin fonunda Rusiya ilə Qərb arasında çəkişmə başlayıb. Kimin təsirinin daha güclü olduğunu isə zaman göstərəcək.
Ermənistan təxribatlarının da qarşısını almaq üçün yalnız vaxtında onların cavabını vermək lazımdır. Ordumuz hər zaman ayıq-sayıq olmalıdır. Onlara elə bir zərbə vurulmalıdır ki, bir daha bu cür əməllərə yanaşmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB