Naxçıvanda dövlət müəssisələrinə alınan ərzaq məhsullarının qiyməti dəyişib

Naxçıvanda dövlət müəssisələrinə alınan ərzaq məhsullarının qiyməti dəyişib

Naxçıvanda qapalı və sosialyönlü dövlət müəssisələrinə alınması nəzərdə tutulan ərzaq məhsullarının qiyməti yenidən müəyyənləşib.

SİA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Qapalı və sosialyönlü dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaiti hesabına alınan ərzaq məhsullarının qiymətlərinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.

Dəyişikliyə görə, taxıl, un məhsulları və paxlalılar, meyvə və tərəvəzlər, süd və süd məhsulları, yağlar, ət və balıq məhsulları,qənnadı məmulatları, ədviyyatlar və digər ərzaq məhsullarının qiymətləri yeni redaksiyada verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə