“Qoşulmama Hərəkatında da Afrika ölkələri mühüm əhəmiyyət kəsb edir” - FƏRİD ŞƏFİYEV
“Azərbaycan torpaqlarının işğal altında olduğu 30 illik müddət ərzində Afrika ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyib”. SİA xəbər verir ki, bu barədə BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
“Həmçinin İkinci Qarabağ müharibəsi zamanı Afrika ölkələri Azərbaycanın mövqeyinə beynəlxalq təşkilatlarda dəstək çıxıb. Bundan başqa ərazi bütövlüyümüzü dəstəkləyib.
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında da Afrika ölkələri mühüm əhəmiyyət kəsb edir və təşkilat vasitəsi ilə əlaqələr daha güclənib", - deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB