“Seçkilər öncəsi apardığımız siyasəti davam etdirəcəyik" - ƏRDOĞAN
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əmin edib ki, mayın 28-də ikinci turu keçiriləcək dövlət başçısı seçkilərindən sonra ölkəsinin xarici siyasəti dəyişməyəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Seçkilər öncəsi apardığımız siyasəti davam etdirəcəyik. Təmasda olduğumuz Rusiya, ABŞ, Çin və Qərblə münasibətdə bunu dəyişmək fikrində deyilik. Eyni ruhda davam edəcəyik”, -deyə Ərdoğan çərşənbə axşamı CNN Türk telekanalında bunları deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB