"Azərbaycanın bütün inkişaf yolunda Heydər Əliyevin izləri var" - Palata sədri

"Azərbaycanın bütün inkişaf yolunda Heydər Əliyevin izləri var" - Palata sədri

"Azərbaycanın bütün inkişaf yolunda Heydər Əliyevin izləri var. Biz Azərbaycanın uğurunu heç şübhəsiz ulu öndərin adı ilə əlaqələndiririk. Çünki ölkəniz onun rəhbərliyi altında çox nailiyyətlər əldə edib". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid ElAlami deyib.

Rəşid ElAlami sözlərinə belə davam edib: "O, Azərbaycanın müstəqilliyinin güclənsdirilməsi sahəsində büyük işlər görüb. Sizin ölkəniz çox gözəl, mədəniyyətiniz də dərindir. Həmçinin, şəhərləriniz də müasirdir. Azərbaycan gələcəyə doğru inamla irəliləyir.

Azərbaycan öz mədəni müstəqilliyi ilə bir çox ölkələrə nümunədir. Azərbaycan xalqının düşüncəsi və yaradılcılıq bacarığı da bir nümunədir. Azərbaycanın tutduğu demokratik yol İslamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir. Mərakeş Krallığı bu qardaş ölkə ilə olan dostluğu yüksək qiymələndirir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə