"Qazaxıstan adından Azərbaycan xalqını və bütün türk dünyasını Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm. Heydər Əliyev qeyri-adi tarixi şəxsiyyət və müasir Azərbaycanın banisi idi. Heydər Əliyevin bütün həyatı Azərbaycan xalqı və dövlətinə xidmətə həsr olunmuşdu. O, müasir Azərbaycanın xilaskarı idi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin xüsusi iclasında Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov deyib.
Yerlan Koşanov sözlərinə belə davam edib: "Heydər Əliyevin bütün bunlarla yanaşı çox yüksək insani keyfiyyətləri var idi. Onun dühası bütün türk dünyası üçün vacibdir.
Mən onun Qazaxıstanla Azərbaycan arasındakı yüksək rolunu qeyd edəcəyəm. O, qazax xalqına qarşı səmimi münasibət və əlaqələrimizin inkişafı üçün çox mühüm səylər göstərib. Ümummilli lider demişdir ki, “Mən Qazaxıstan xalqına qarşı dərin hörmət və böyük sevgi hissi keçirirəm”. Onun bu çıxışı mənə, yəni gənc bir parlament üzvünə çox yaxşı təsir etmişdi".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB