"Azərbaycan xalqı Heydər Əliyevə təşəkkür etməlidir" - Duarte Paçeko

"Azərbaycan xalqı Heydər Əliyevə təşəkkür etməlidir" - Duarte Paçeko

"Xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir. Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik". SİA xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ona təşəkkür etməlidir. "Sizin iqtisadiyyatınızın güclü ölması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə və nüfuza malikdir.

Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əmin-amanlıq dəyərlərinə nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü. Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz və mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə