Makronun qərəzli mövqeyi başa çatmaq bilmir
Artıq Qarabağda 44 günlük müharibə iki ildir ki, başa çatıb, lakin faşizmi dirçəldən Makronun qərəzli mövqeyi başa çatmaq bilmir. Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Parisin Dağlıq Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxan və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır?
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə Fransanın təxribatlarını tənqid edərək bəyan edir ki, bu təxribatçı addımlar yalnız vəziyyətin gərginləşməsinə xidmət etməklə yanaşı, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
Fransa prezidenti Emmanuel Makron ötən il dekabrın 15-də Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən, özünün “Twitter” səhifəsində Ermənistana dəstək olacağını qeyd etmişdi: «Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram"- yazıb. Ancaq onun səhəri günü isə Makronun vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tutub. Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib: «Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.
Bu yerdə qalırsan nə deyəsən. Göründüyü kimi, bir-birindən absurd olan fikirlər, və yaxud Makronun absurd bəyanatları. «Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir və tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar”, deyən Makron bildirib ki, «mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm».
Göründüyü kimi, bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur.
Bir sözlə, Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: «O, hamı ilə dostdur, amma heç kimin dostu deyil və Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır».
Bir sözlə, bu Makronun sifəti, xislətidir. Belə ki, bu sifətin xisləti olduğunu Makronun prezidentliyi dövründə Azərbaycana səfər etmədiyində gördük. Ancaq müharibədən aylar sonra müşavirləri Makrona anlatdılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Və bu gün də Makron öz ikiüzlü sifətini və xislətini nümayiş etdirməkdədir. Ancaq Makron və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderləri anlamırlar ki, nə qədər yarıtmaz mövqey nümayiş etdirsələr də Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Və buna da əmin ola bilərsiniz ki, «Dəmir Yumruq» yerindədir!!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB