Prezident Ərdoğanın yenidən dövlət başçısı seçilmək şansı yüksəkdir- Ekspert rəyi
Türkiyə xalqı mayın 14-də bütün dünyaya yenidən demokratiya, yüksək seçib-seçilmək mədəniyyəti nümayiş etdirdi. İlkin nəticələrdən məlum olduğu ki, hakim Ədalət və İnkişaf Partiyasının da təmsil olunduğu “Cümhur ittifaqı” bloku yeni tərkibli parlamentdə böyük üstünlük qazanıb. Beləliklə Türkiyə Böyük Millət Məclisinə seçkilər baş tutmuş hesab olunur.
Prezident seçkilərinə səsverməyə gəldikdə isə ən şanslı namizəd olan hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan səsvermədə 50 faziə yaxın səs qazanıb. Yetərsay üçün tələb olunan səs səsvermədə iştirak edən seçicilərin 50 faizi+ 1 səs qədərdir. Xarici ölkələrdəki səsvermələrə aid bülletenlərin sayılması nəticəsində səsvermənin nəticələri sürətlə dəyişə bilər. Belə ki, Türkiyədə səsvermə hüququ olan 64 milyon 191 min 285 seçici var ki, onların da 3 milyon 286 min 786 nəfəri xarici ölkələrdə təmsil olunur. Bu isə ümumi seçicilərin 5 faizindən çoxu deməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti, eləcə də hakim Ədalət və İnkişaf Partiyası yalnız seçkidən-seçkiyə deyil, fasiləsiz olaraq xarici ölkələrdə təmsil olunan Türkiyə vətəndaşları ilə iş aparıblar. Son illər Türkiyənin Cühmuriyyət tarixində ilk dəfə olaraq xarici ölkələrdəki türklərin hüquq və bərabərliyinin qorunması istiqamətində dövlət strategiyası müəyyən edilib və davamlı olaraq həyata keçirilməkdədir. Bütün bu amillər onu deməyə əsas verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan xaricdəki türklərin əksəriyyətinin etimadının qazanmaq şansına sahibdir.
Bütün bunlarla bərabər Prezident seçkilərinin ikinci turuna ehtiyac yaransa Prezident Rəcəb Tayyib Ərdoğan növbəti səsvermədə seçicilərin ən azı 55 fazidən çoxunun səslərini almaq iqtidarında olacaq. ATA İttifaqının namizədi Sinan Oğan türkçü və Turançıdır. Onun tərəfdarlarının əksəriyyətinin təkrar səsvermədə Prezident Rəcəb Tayyib Ərdoğanı seçəcəkləri şübhəsizdir.
Cümhuriyyət Xalq Partiyasının, “Millət İttifaqının”, “altılı masa” adı ilə tanınan blokun etimadını doğrulda bilməyən CHP sədri Kamal Kılıçdaroğlu isə təkcə prezident olmaq şansını deyil, partiyasına rəhbərliyi də itirməklə üz-üzədir.
Sabir Şahtaxtı,
Yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB