"Əfv sərəncamı bir daha sübut edir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Əfv sərəncamı bir daha sübut edir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlum olduğu üzrə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə əfv sərəncamı imzaladı. Bu əfv sərəncamı Azərbaycanın müstəqilliyi dövründə 69, cənab Prezidentin şəxsən imzaladığı 37-ci əfv sərəncamı idi". Bu sözləri SİA-ya açıqlamasında "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu sərəncam bir daha Azərbaycan dövlətinin vətəndaşlarının həyat və gələcəyini diqqətdə saxladığını sübut etdi: "Sərəncamla 801 nəfərin yenidən normal həyata qayıtması üçün şans yaradıldı və bu 801 ailənin sevincinə səbəb oldu.

Əhməd Abbasbəyli sözlərinə belə davam edib: "Həqiqətən də bu rəqəmlər bir daha sübut edir ki, bu ən böyük əfv sərəncamı idi. Sərəncamla təkcə azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa buraxılması deyil, həmçinin cəza müddəti qalmış şəxslərin cəzanın yarısından azad edilməsini əhatə edirdi.

Azərbaycan dövləti bu addımlarla bir daha sübut edir ki, vətəndaşlarının səhvlərini bağışlamaq iqtidarındadır və onlara yenidən şans verir. Həmçinin, görünən odur ki, Azərbaycan bir çox Qərb ölkələrindən bu cəhətdən də üstündür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə