"Ermənistana layiq olduğu cəza verilməlidir" - QHT SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanın mayın 10-da və 11-də törətdiyi son təxribatlar bir həqiqəti növbəti dəfə ortaya qoydu. Bu ölkə və xalq öz çirkin xislətindən, terrorçuluq və işğalçılıq siyasətindən əl çəkmək istəmir. Ona görə də beynəlxalq birlik vaxt itirmədən Cənubi Qafqazın üz qarası olan Ermənistana layiq olduğu cəza verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

Onun sözlərinə görə, əslində, Ermənistanın təxribat törətməsi iki baxımdan təəccüblü və gözlənilməz sayılmamalıdır: “Birincisi, öncədən qeyd etdiyim kimi bu çirkin yanaşma onların artıq həyat tərzinə çevrilib. İkincisi isə hər dəfə regionla bağlı hər hansı irəliləyiş əldə olunanda Ermənistan bu cür təxribatlara baş vurur. Bu günlərdə Birləşmiş Ştatlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi istiqamətində danışıqlar aparmış, hətta müəyyən irəliləyiş də əldə edilmişdi. Amma bunun davamlı olmaması üçün Ermənistanın yenidən təxribata əl atacağı bəlli idi”.
N.Azəri sözlərinə davam edərək bildirib ki, Ermənistan regionda əbədi sülhün əldə edilməsini, inkişafın təmin olunmasını istəmir: “Bunu hər kəs qəbul etməlidir. Mən “hər kəs” deyəndə Qərbi, aparıcı ölkə və təşkilatları nəzərdə tuturam. Bunlar xoşluqla yola gəlmək istəmirlər. Atalar düz deyib ki, qozbeli qəbir düzəldər. İndi bunların da düzəlməsi, adam kimi yola gəlməsinin bir yolu var. Növbəti dəfə “Dəmir yumruğu” bunların başına vurmaq lazımdır. Amma bilsinlər ki, bu dəfə zərbəmiz daha ölümcül olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB