"Ümid edilir ki, onlar vaxti ilə tutduğu əməllərdən nəticə çıxaracaq" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Prezidenti ölkənin bu günədək olan ən böyük əfv sərəncamını imzaladı. 801 nəfəri əfv etdi. Bu onların, ailə üzvlərinin və yaxınlarının sevincinə, bayrama bayram qatmağa səbəb olması ilə yanaşı, həm də onlara sağlam cəmiyyətə inteqrasiya olmağa bir daha şans verir". Bu sözləri SİA-ya açıqlamasında "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.
Mehdi Mehdiyev sözlərinə belə davam edib: "Ümid edilir ki, onlar vaxti ilə tutduğu əməllərdən nəticə çıxaracaq, qanunları bir daha pozmayacaq və günü-gündən çiçəklənən, beynəlxalq müstəvidə nüfuzu get-gedə artan Azərbaycanımıza faydalı vətəndaş olacaqlar. Öz növbəmdə mən də əfv olunanları təbrik edir və azadlıqlarını dəyərləndirmələrini arzulayıram!".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB