"Kosmos bizim həyatımızı kifayət qədər ehtiva edib. Belə ki, şüuraltı və istəmədən bu xidmətlərdən istifadə edirik. Naviqasiya və meteoroloji xidmətlər bura aiddir". SİA xəbər verir ki, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Saməddin Əsədov sözlərinə belə davam edib: "Teleport xidmətləri də bura daxildir. Dünyada Teleport Assosiasiyası var. Bu assosiasiya bizə "Tier 4" sertifikatı təyin etmişdir. Dünyada beləbir hal yoxdur. Yalnız Sinqapurda var. Bizim üçün teleport həm rabitə, həm də bütün coğrafi tələbləri qarşılayan coğrafi mövqedə yerləşir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB