“Rusiya sülh müqaviləsinin imzalanmasını istəmir” - POLİTOLOQ ŞƏRH ETDİ
“May ayının 1-dən 4-ə qədər Vaşinqtonda davam edən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra Rusiya sözçüləri danışıqların əsas səbəbkarının Rusiya olduğunu bildirdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, Rusiya bu haqda 2020-ci ilin noyabr ayında bəyannamə imzalayıb və tərəflər də bu bəyannamədən irəli gələrək sülh müqaviləsi bağlamalıdır: “Hazırda da görüşün keçirilməsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan razılığını bildirib. May ayında xarici işlər nazirlərinin Moskvada görüşü olacaq. Ölkə Prezidentləri isə mayın 14-də Brüsseldə Şarl Mişelin iştirakı ilə görüş keçirəcəklər. Amerika və Qərb Cənubi Qafqazda münaqişəni sonlandırmaq istəyirlər. Buna görə də Amerika və Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyirlər ki, vəziyyət normallaşsın. Lakin Rusiya isə əksinə olaraq hələ ki, bunu istəmir. Mayın 14-də Brüsseldə keçiriləcək görüş də münasibətlərin yaxşılaşdırılması, sülh müqaviləsinin bağlanmasına yeni töhfələr veriləcəyini vəd edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB