Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə başa çatır

Türkiyədəki seçkilərlə əlaqədar xarici nümayəndəliklərdə səsvermə başa çatır

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xaricdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub.

SİA TRT Haber-ə istinadən xəbər verir ki, xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatır. Gömrükdə isə 14 may saat 17:00-a qədər davam edəcək.

Ali Seçki Qurumundan (YSK) əldə edilən məlumata görə, bu il xaricdə 3 milyon 416 min 98 türk seçicinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi 67 ölkədə yekunlaşıb.

Səslər YSK-nın müəyyən etdiyi üsullarla təhlükəsizlik vəziyyətdə diplomatik kuryerlər vasitəsilə Türkiyəyə aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə