Bildiyimiz kimi, 2023-cü ilin may ayının 10-daÜmummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə cənab Prezident İlham Əliyevin sərancamı ilə ölkəmizdə 2023-cü il“Heydər Əliyev İli” elan edilib. Azərbaycanda və ölkəmizin hüdündlarında belə, “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin zəngin tarixi irsi, Azərbaycan qarşısında dəyərli və əvəzolunmaz xidmətləri yad olunmaqdadır. Bununla bağlı silsilə görüşlər, tədbirlər və konsert proqramları keçirilməkdədir.
Belə bir deyim var ki; - “Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir”. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə edib fərqləndirmək məcburiyyətində qalırsan.
Heydər Əliyev də elə həmin tarix yaradan müdrik insanlardan biri idi!
Ulu öndər Heydər Əliyev şəxsiyyətinin müdrikliyivə yüksək uzaqgörənlik bacarığı həm də ondan ibarət idi ki, O, SSRİ dövrünün sərt milliyətçilik qadağalarına baxmayaraq, hər zaman öz millətini düşünərək, xalqına qayğı göstərməyi bacarmışdı.
SSRİ dağılandan sonra onun tərkibində olan respublikaların rəhbərlərindən heç biri Heydər Əliyevin yolunu keçə bilmədi. Yalnız Heydər Əliyev kimi bir insanın xalqına bağlı olması və xalqın da ona olan məhəbbəti, onu öz ölkəsində ikinci dəfə siyasi hakimiyyətə qaytara bildi.
Müasir Azərbaycanın müstəqilliyinin xilaskarı kimi yenidən vətəninə dönən və azərərbaycanın ziyalı elitasının ölkəmizə rəhbərlik etməyinə çağırışından sonra iqtidara qələn Heydər Əliyevin qayıdışı, Allahın müasir və müstəqil Azərbaycana bəxş etdiyi ən böyük hədiyyəsi idi.
Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, o zaman ki, iqtidarda olanların səriştəsizliyi günü-gündən ölkəni yenidən dağılmağa doğru aparırdı. Artıq 1993-cü ilin ortalarında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Ölkənin layiqli bir liderinə ehtiyacı var idi.
Ölkəni bu böhrandan qurtarmaq üçün, xalqın ziyalı elitası məcbur qalıb Heydər Əliyevə üz tutdular.
1992-ci il, 16 oktyabr tarixində 91 nəfərdən ibarət bir qrup Ali Sovetinin deputatlarının və ziyalılarının Heydər Əliyevə müraciəti “SƏS” qəzetinin 43-cü buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edildi.
İnanın, həmin proseslərdə təkcə "91-lər" deyil, yüz minlərlə insan ürəyində Heydər Əliyevi sevirdi. Yalnız onu ölkəmizin lideri və başcısı kimi görmək istəyirdi.
Bu insan üçün vətən, millət, xalq daha önəmli idi, nəinki şəxsi ambisiyalar.
Moskva şəhərində yaşayan Heydər Əliyev, 1990-cı il 20 Yanvar hadisələrindən sonra o zaman ki SSRİ hakimiyyətinə öz sərt narazılığını bildirərək, Azərbaycana döndü. Bakıdaki hakimiyyət onun vətənə dönüşünü xoş qarşılamasalar da o, doğma Naxçıvanına döndü və əhali tərəfindən çox böyük sevinclə qarşılandı.
Az bir müddətdə o Naxçıvan Ali Məclisinə deputat, sonra isə sədr secildi.
Həmin ərəfələrdə xalqın, ölkəni bu dəhşətli siyasi böhrandan qurtara biləcək yeni bir siyasi partiyanın yaranmasına ehtiyacı var idi.
1992-ci ilin noyabr ayında yeni “Yeni Azərbaycan Partiyası” adlı partiyanın təsis konfransı keçirildi və Heydər Əliyev həmin partiyanın siyasi lideri- sədri seçildi.
Artıq 1993-cü ilin iyul ayında Heydər Əliyev ozaman Naxçıvan MR Ali Məclisinin sədri və “Yeni Azərbaycan Partiyası”-nın sədri olaraq xalqın səsinə səs verərək Bakıya döndü.
Həmin ilin oktyabırında isə AzərbaycanRespublikasının Prezident seçildi.
Heydər Əliyevin Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrildi, xalqın itirilmiş inamını özünə qaytardı və gələcəyə olan ümidlərini artırdı. Yeni hökumət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə gərgin münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu.
Ulu öndərimizin müdrikliyi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz olmuşdur. Ümummilli liderimiz müstəqil dövlət qurmaqla yanaşı, eyni zamanda azərbaycanlıları birləşdirən milli təməlini – Azərbaycıncılıq ideologiyasını da yaratmışdır.
Ulu öndər, hələ 1970-ci illərdən başlayaraq Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfələrini vermişdir.
Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycanın ən vacıb və strateji sahəsi olan neft sənayesinə də böyük qayğı ilə yanaşırdı. O, hər zaman neftçi-alimlərin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirdi. Ulu öndərtərəfindən, neft sənayesi və ümumiyyətlə bu sahədə aparılan elmi tədqiqatların və biliklərin artırılması, yüksək səviyyəli mütəxəssizlərin formalaşması üçün bir çox göstərişlər verilmişdir.
O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, Dərin Özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, Neftayırma zavodunun rekonstruksiyası, Elmi Tədqiqat institutlarının açılması və digər önəmli hadisələr Azərbaycanın neft potensialını yüksək dərəcədə möhkəmləndirmişdi.
1970-ci illərdə, əvvələr (“Dənizneftqazlayihə”) sonralar ”Neftqazlayihə” institutunun yaradılmasında və təməlinin qoyulmasında Ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. O bilirdi ki, elmsiz və elmi tədqiqatlarsız heç bir inkişafdan, tərəqqidən belə, heç təsəvvür etmək də mümkün deyildi.
Heydər Əliyevin Neft elminə göstərdiyi qayğı bununla bitmir. O, müasir Azərbaycanın yenidən rəhbərliyinə döndüyü dövr də belə, 1929-cu ildəyaradılmış və neft sənayesinin inkişafında böyük rolu olmuş əvvələr “AzərETNÇİ” İnstitutu, sonralar müxtəlif dövrlərdə adı dəyişdirilərək sonda “Elmi-Tədqiqatlar” İnstitutu adlanan elm ocağlarından birinin 1990-cı illərdə bağlanmasının qarşısını almaqla elmi tədqiqatların və bu institutun ölkəmiz üçün nə qədər yüksək əhəmiyyətli olduğunu və yüksək dəyər verdiyini növbəti dəfə sübüt etmiş oldu.
Elmi Tədqiqat İnstitutlarının önəmini biz, bu gün də hiss edirik. Nəinki Respublika daxilində və keçmiş postsovet respublikalarının ərazilərində, hətta dahada geniş miqyasda belə yüzlərlə neft-qaz yataqlarının açılmasında həmin elm ocağları öz elmi tövhələriniverməkdədir.
Əgər vaxtilə Elmi Tədqiqat İnstitutlarının fəaliyyətləri aparılmasaydı, dərin özüllər zavodu Azərbaycanda yox, başqa bir yerdə tikilsə idi və ümumiyyətlə neft sənayesinin inkişafına təsir edəbiləcək digər strateji əhəmiyyətli obyektlər olmasaydı o zaman bizim müstəqillik dövrümüzdə də, xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi.
O illərdə yaradılmış potensial, bu gün də bizim neft potensialımızı gücləndirməkdədir.
Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və digər mühüm layihələrin gerçəkləşdirilməsi təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradıldı, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində infilyasiyanın artım tendensiyasının qarşısı alındı, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin etməkdədir.
Xüsusilə qeyd etmək istəyirəm ki, təsadüfi deyil ki, bu gun mənim çalışdığım elm ocağı, məhz Cənab Prezident İlham Əliyevin ata vəsiyyətlərinə, atanın yaratdığı varislərinə sadiqlik göstərməsi, neft elminə yüksək dəyər verməsi, 2009-cü ildə hər iki (”Neftqazlayihə” institutu və “Elmi-Tədqiqatlar” İnsitutu) Elm ocağlarını birləşdilərək, SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun yaradılmasına səbəb olmuşdur. Bu Elm ocağı bu gün də elmi tərəqqidə öz tövhələrini layiqincə verməkdədir.
Bunlar hamısı, Heydər Əliyevin və layiqli davamcısı cənab Prezident İlham Əliyevin uğurlu, qayğıkeş addımlarından nümünə olaraq yalnız mən şəxsən çalışdığım neft sanayesinə etdiyi qayğılardan birini kimi qeyd etmək olar.
Bu kimi nümunələrin yüzlərlə sayını bütün sahələrdə belə saysaq sayıb qurtara bilmərik.
Odur ki, Azərbaycanın müstəqil inkişaf tarixi ərzində ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş böyük işlər, həm daxili siyasətdə, həm də dünya dövlətləri birliyində ölkəmizin öz layiqli yerini tutması istiqamətində həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsi kimi, böyük uğur kimi dəyərləndirilməkdədir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir.
Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır!
İlham Quliyev
YAP Yasamal rayon, SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB