"Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamına uyğun olaraq bir sıra məhkumlar azadlığa buraxılıb və cəza müddəti yarıya qədər azaldılıb". SİA xəbər verir ki, bu sözləri Ədliyyə general-mayoru Orxan Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfvin icrası zamanı söyləyib.
O bildirib ki, bu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş əfv sərəncamıdır: "Qeyd edim ki, bu Prezident tərəfindən indiyədək imzalanmış 37 sərəncamın içində ən böyüyüdür. Ona görə hər birimiz ölkə başçısı İlham Əliyevə təşəkkürümüzü bildiririk. Azadlıq insan üçün ən böyük nemətdir və onu qoruyub saxlamaq lazımdır".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB