“Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə mətbuatın inkişafına dəstək vermiş, media nümayəndələrinin dostu olmuşdur. Təsadüfi deyil ki, hələ müstəqillik dövründən əvvəlki müddətdə Azərbaycan dilinin qorunmasında Ulu Öndər önəmli addımlar atmışdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.
Onun sözlərinə görə, müstəqillik dövründə isə media sahəsində artıq yeni bir dönəm, davamlı inkişaf mərhələsi başladı: “1993-cü ildə bütün istiqamətlərdə olduğu kimi media sahəsində də islahatlar, məqsədyönlü tədbirlər keçirildi. 1998-ci il 6 avqustda KİV üzərində senzuranın aradan qaldırılması isə media sahəsini daha da gücləndirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB