Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub - FOTOLAR

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub - FOTOLAR

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub. SİA xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar.

“5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi zati-aliləri cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineyanın Müstəqil Dövlətinin Daimi Nümayəndəsi zati-aliləri Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, - Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə