“Heydər Əliyev mənə çox önəmli bir ismarıc vermişdi” - TEDO CAPARİDZE
“Mən tez-tez Heydər Əliyevi dinləmək şərəfinə nail olmuşam. Ulu öndər siyasi bir irs idi”. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda Gürcüstan Respublikasının sabiq xarici işlər naziri Tedo Caparidze deyib.
Tedo Caparidze sözlərinə belə davam edib: “Ulu öndər Heydər Əliyevlə müzakirələrimizdən birində mənə dedi ki, “Sən məndən daha gəncsən. Biz iz daim iqtisadi əməkdaşlıqdan və inkişafdan danışırıq. Bu gələcək nəsillər üçün bir düsturdur. Amma bir şeyi unutma ki, Cənubi Qafqada iqtisadi çiçəklənmə, müstəqillik, bağımsızlıq bir-biri ilə bağlıdır. Bunların ayrı-ayrı irəliləməsi mümkün deyil”. Bu mənim üçün ulu öndər tərəfindən verilən çox önəmli bir ismarıc idi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB