“Razılaşma olmaması Moskva görüşünü zəruri edir” - MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ-da Xarici İşlər Nazirlərinin görüşündən sonra Moskvada görüşlərin davam etdirilməsi anonsunu həm Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, həm də Rusiya XİN sözçüsü Mariya Zaxarova tərəfindən səsləndirildi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Bu isə onu göstərir ki, rəsmi Moskva tərəflər arasında hər hansı razılaşma olarsa, bunun məhz Rusiyada baş tutmasını istəyir. Belə görsənir ki, Vaşinqton görüşünün nəticəsi olaraq hər hansı konkret razılaşma yoxdur, tərəflər razılığa gəlməyiblər. Bu isə Moskva görüşünü zəruri edir.
Bəlkə də bu dəfə Rusiya ABŞ-dakı görüşdən fərqlənmək üçün görüşün daha nəticəyə yönəlmiş olmasına töhfə vermiş olar. Keçən il Ermənistan XİN rəhbəri Moskva görüşünə gəlməmişdir. Lakin indi görsənir ki, rəsmi İrəvan bu görüşdən yayına bilməyəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB