“Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turniri başa çatıb. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və eyni zamanda rayon gəncləri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra 3-cü yer uğrunda qarşılaşma Xalq qazetinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın görüşü keçirilmiş.
Görüş Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın qələbəsi ilə başa çatdı. 1-ci və 2-ci yer uğrunda qarşılaşma Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komandanın görüşü keçirilərək, Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komanda 2-ci yerə, Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komanda isə 1-ci yerə sahib olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov turnirin əhəmiyyətini vurğulayaraq qalib komandaları təbrik edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərindən bəhs etdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.
Qaliblərin mükafatlandırlması mərasimindən öncə bədii hissə təşkil olunub. Bir birindən maraqlı rəqslər və ifalar nümayiş olunub. Daha sonra qaliblərə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən diplom, medallar və mükafatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB