“Dövlət başçısının regional idarəetmə strategiyası olduqca keyfiyyətlidir” - DEPUTAT ŞƏRH ETDİ
“May ayının 2-də ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər edib. Səfər zamanı ölkə başçısı Ermənistanın işğalı dövründə daşı daş üstündə qalmayan Ağdam rayonunda həyata keçirilən tikinti-quruculuq işləri ilə yaxından tanış olub. İlk olaraq vurğulanmalıdır ki, Prezident davamlı olaraq regionların həm sosial-iqtisadi inkişaf səviyyəsi, həm də infrastruktur quruculuğunun icrası ilə yaxından maraqlanır. Hesab edirəm ki, dövlət başçısının regional idarəetmə strategiyası olduqca keyfiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə ölkə rəhbərinin səfərləri intensivliyi ilə seçilir. Bu səfərlər həm də ölkə prezidentinin keyfiyyətə birbaşa nəzarəti baxımından əhəmiyyətlidir. Çünki görülən işlərin keyfiyyəti gələcək inkişafın əsas prinsiplərindən birini təşkil edir. İşğaldan azad olunmuş ərazilərimizdə çox böyük sürətlə işlər görülür.
Ölkə Prezidentinin Ağdam səfəri bir daha nümayiş etdirdi ki, Ağdam şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Azərbaycanın mədəniyyət şəhərlərindən biri olan Ağdam şəhərində Muğam Mərkəzinin təməlinin ölkə Prezidenti tərəfindən qoyulması çox önəmli bir mesajdır. Bununla işğaldan azad olunmuş ərazilərin ruhu özünə qayıdır. Eyni zamanda cənab Prezident İlham Əliyev Ağdamda çox mühüm bir obyektin təməlini də qoydu. Hansı ki, bu obyekt elektrik enerjisinin paylanması və davamlı təminatında mühüm rol oynayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB