Ermənistanın təxribatları nə vaxta kimi davam edəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistanın təxribatları nə vaxta kimi davam edəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanla sülh müqaviləsi bağlanmayanadək təxribatlara davam edəcəklər. Müharibə dövründə və sonrasında basdırılan minalar isə hələ də can almağa davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhəddində minaların daşınmasının qarşısı alınıb: “Azərbaycan ərazisində erməni silahlı birləşmələri var. Hansı ki, onlar bizim təminat yollarımıza mina yerləşdirə bilərlər. Lakin çox yaxşı bilirlər ki, yerləşdirilən minalar onların əleyhinə də işləyə bilər.
Bu gün mina terrorunun qarşısını ala bilmişik. Sadəcə olaraq İkinci Qarabağ müharibəsi və 30 il ərzində minalanmış ərazilər var ki, bu azərbaycanlıların minaya düşməsi və həyatları bahasına başa gəlir. Azərbaycan Ermənistandan yenidən mina xəritələrini tələb etməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə