"Biz fəxr edirik ki, Azərbaycanda yüksək səviyyədə tikinti işləri gedir. Bir çox şirkətlər var ki, bu sahədə çox yaxşı işlər görür. Amma fırıldaqçılıqla məşğul olan şirkətlər də var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev deyib.
Deputat sözlərinə belə davam edib: "Bu fırıldaq şirkətlərdən biri də "Bakı İnşaat MMC"dir. Məndə bu barədə rəsmi məlumatlar var. Bu şirkətin rəhbəri Zahid Əsgərovdur. Şikayətlər üzərinə onunla müavinim dəfələrlə əlaqə saxlamaq istəsə də telefonu açmır və söhbətdən qaçır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB