"TƏBİB-dən və Səhiyyə Nazirliyindən xahiş edirəm ki, bu işlə məşğul olsunlar" - AQİL MƏMMƏDOV
"Hər birimizə məlumdur ki, torpaqlarmız işğaldan azad edildikdən sonra həmin ərazilərdə tikinti quruculuq işləri gedir. Bu səbəbdən də bir çox vətəndaşlar işlə təmin olunub. Bu çox təqdirəlayiq addımdır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Məmədov deyib.
Deputat sözlərinə belə davam edib: "Həmçinin, xüsusən yay aylarına 10 mindən artıq yaylaqlarda insanlar fəaliyyət göstərir. Təbii ki, xəstələnmə halları da qaçılmazdır. Vətəndaşlarımız ilkin tibbi yardımın görülməsini xahiş edir. Mən də bu məqsədlə TƏBİB-dən və Səhiyyə Nazirliyindən xahiş edirəm ki, bu işlə məşğul olsunlar.
Digər məsələ odur ki, həmin insanlar Kəlbəcərdə öz ata-babalarının məzarını ziyarət etməsi üçün şərait yaradılmasını istəyirlər. Bilirik ki, qışda Kəlbəcərə gediş-gəliş çox çətindir. Amma heç olmasa yay aylarında həftədə bir dəfə bu cür səfərlərin təşkil edilməsini aidiyyatı qurumlar təşkil etsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB