"Ermənistanın çirkin faşist sifətini ifşa etməliyik" - POLİTOLOQ FİKİR BİLDİRDİ

"Ermənistanın çirkin faşist sifətini ifşa etməliyik" - POLİTOLOQ FİKİR BİLDİRDİ

"Təəsüflər olsun ki, Ermənistanın mina terroru davam edir. Artıq 44 günlük Vətən müharibəsindən bu günə kimi biz sistematik şəkildə Ermənistanın təhdidlərinin davam etdiyini görürük. Azərbaycan tərəfinin bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə çağırış etməsinə rəğmən, Ermənistana adekvat və uyğun cavablar verilmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Ermənistan törətdiyi faciələrə görə beynəlxalq birlik qarşısında heç bir öhdəlik daşımır: "Hesab edirəm ki, Ermənistan tərəfindən minalardan mülki əhaliyə qarşı istifadə edilməsi ilə bağlı beynəlxalq konvensiyanın bütün normaları kobud şəkildə pozulur.

Azərbaycan vətəndaşlarına qarşı davam edən mina terrorunda Ermənistan qədər onun havadarları da günahkardır. Dəfələrlə Avropa İttifaqı və Rusiyanın moderatorluğu altında Ermənistan Azərbaycana müəyyən mina xəritələri qaytarsa da, onların bir çoxunun saxta olması ilə bağlı məsələlər sonradan ortaya çıxıb. Hesab edirəm ki, bu bəşəri cinayətə qarşı informasiya təbliğatımızı daha da gücləndirməli, beynəlxalq platformalarda Ermənistanın çirkin faşist sifətini ifşa etməliyik"

.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə