Müdafiə Nazirliyi Ermənistan ordusunun hərbçisinin guya yaralanması barədə dezinformasiya ilə bağlı məlumat yayıb
Aprelin 29-da guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik. Bu, Ermənistanın növbəti dezinformasiyasıdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədən kənar münasibətlər ciddi problem olaraq qalmaqdadır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB