"Zərifə Əliyevanın mənalı ömür yolu gələcək nəsillərə parlaq nümunədir" - Tahir Budaqov
"Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti olduqca rəngarəngdir. Mənalı və nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı və dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə də iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir". SİA xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Nəsillərə nümunə olan ömür yolu" adlı tədbirdə YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olmuşdur: "O, həm peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynamış, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir".
Tahir Budaqov sözlərinə davam edərək qeyd edib ki, Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənmişdir: "Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalmışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB