Azərbaycanla Avropa İttifaqı - Müstəqil siyasət, etibarlı tərəfdaş - TƏHLİL

Azərbaycanla Avropa İttifaqı - Müstəqil siyasət, etibarlı tərəfdaş - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var"

Bu gün Prezident İlham Əliyevin həüata keçirdiy xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevrib. Xüsusilə də, xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanını Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir, ölkəmizlə sıx münasibətlər qurmaq istəyən ölkələrin sayının artması da deyilənlərin təsdiqidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Belə ki, istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Elə bu günlərdə - aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən səfəri Azərbaycan ilə Aİ arasında mühüm əlaqələrin olduğunu və ölkəmizlə yaxın, etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Dövlət başçımızın səfər zamanı iki ölkələr arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi və bu mərasimdəki çıxışı Avropa İttifaqı ilə ölkəmiz arasında sıx əməkdaşlıq əlaqələrin mövcuduluğunun göstəricisidir.

AZƏRBAYCAN AVROPANIN ETİBARLI TƏRƏFDAŞIDIR VƏ BU SADƏCƏ ENERJİ SAHƏSİNDƏ DEYİL, BİR ÇOX DİGƏR SAHƏLƏRDƏ DƏ BELƏDİR

Prezident İlham Əliyev həmin mərasimdə çıxışı zamanı bildirmişdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var: "Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var".

Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənməkdədir. Azərbaycanın regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verməsi də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir. Və bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin olduğunun sübutudur. Çünki…

AZƏRBAYCANA AVROPADA YÜKSƏK DƏYƏR VERİLİR

Bəli, bu gün Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində atılan mühüm addımların, imzalanan müqavilələrin mərkəzində məhz Azərbaycan dayanır. Və elə aprelin 25-də Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması da bunun növbəti sübutudur. Və həmin mərasimdə Azərbaycanla bağlı səslənən fikirlər bir daha Azərbaycanın Avropada, etibarlı tərəfdaş kimi qəbul etmələri ölkəmizin yüksək nüfuza malik olduğunu təsdiqləyir.

Belə ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib ki, "Azərbaycan həm etibarlı tərəfdaş, həm də böyük qaz potensialına malik olan ölkədir".

Bolqarıstan Prezidenti Rumen Radev isə “Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edib və üzərinə götürdüyü öhtəlikləri daim yerinə yetirib” deyə vurğulayıb. Bir sözlə, imzalanma mərasimində səsləndirilmiş bu fikirlər bir daha göstərdi ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Və Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı da bildirdi ki, Azərbaycan etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir. Bu…

AZƏRBAYCANIN 27 İLDƏN ÇOXDUR Kİ, AVROPANIN ETİBARLI XAM NEFT TƏDARÜKÇÜSÜ OLMASIDIR

Anlaşma Memorandumunun imzalanması mərasimində Prezident İlham Əliyev bildirmişdir ki, 27 ildən çoxdur ki, etibarlı xam neft tədarükçüsüyük, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir. "Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır"- deyən Prezident İlham Əliyev onu da vurğulamışdır ki, bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək: "Bu gün artıq burada Avropa Komissiyasının enerji komissarı xanım Kadri Simson, eləcə də Avropa Komissiyasının digər rəsmiləri və digər dostlar tərəfindən də qeyd edildiyi kimi, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var".

Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək: "Ötən ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum əsasında biz 2027-ci ilədək Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz tədarük etdik. Bu il bizim hədəfimiz 12 milyarddır. Bu isə bizim bu il 24,5 milyard kubmetr olmasını planlaşdırdığımız ümumi ixracımızın demək olar ki, yarısını təşkil edəcək. Əlbəttə bizim hasilatımız və ixracımız böyüyəcək. Çünki biz mövcud qaz yataqlarından hasilatı artıracağıq və qarşıdakı illərdə yeni yataqlarda təbii qaz istehsalını gözləyirik".

Dövlətimizin başçısı onu da vurğulamışdır ki, Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır. Bir sözlə, bütün bu deyilənlər bir daha təsdiqləyir ki, Azərbaycan etibarlı tərəfdaş kimi də Avropada yüksək nüfuza malikdir və sözügedən imzalanma mərasimindəki çıxışlar da bunu bir daha təsdiqləyir və bu uğurların, bizə olan bu yüksək inamın və verilən dəyərin arxasında Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dayanır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə