“Tarixçilər Ulu Öndərin həyatını beş dövrə bölürlər” - DEPUTAT ŞƏRH ETDİ
“Bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Azərbaycanda, Türkiyə Cümhuriyyətində, ümumilikdə türk müsəlman dünyasında qeyd olunur. Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan tarixində yox, türk-müsəlman dünyasının tarixində də böyük şəxsiyyət, dahi müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır. Bu mənada Ümummilli Lider Heydər Əliyev haqqında nə qədər danışsaq azdır. Azərbaycanın həyatında elə bir hadisə yoxdur ki, Ulu Öndərin həmin məsələdə rolu olmasın. Tarixçilər Ulu Öndərin həyatını 5 dövrə bölürlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, birinci dövr 1941-1969-cu illəri əhatə edir. Ulu Öndər bu dövrdə xüsusi xidmət orqanlarında ən aşağı rütbədən başlayaraq, general rütbəsinə qədər qalxmış və o zamankı Dövlət Təhlükəsizlik Xidmətinin sədri kimi fəaliyyət göstərmiş, Azərbaycan xalqı və ziyalılarını qorumaq üçün əlindən gələni etmişdir.
Ümummili Liderin fəaliyyətinin ikinci dövrü Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi 1969-1982-ci illəri əhatə edir. Bu dövrdə Ulu Öndər təhsil sahəsində ən böyük uğurlara imza atıb. 1971-ci ildə Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olunması bu istiqamətdəki uğurların başında gəlirdi. Bu dövrdə Azərbaycandakı ali məktəblərin sayı artırıldı.
Sonrakı dövr isə Sovet rəhbəri kimi Mosvka ilə bağlıdır. 1982-1987-ci illər əzrində də Ulu Öndər azərbaycanlı tələbələrin ən böyük dəstəkçisi kimi çıxış edirdi. Nəhayət 1993-2003-cü illər Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə səciyyələnir və təhsil sahəsindəki inkişaf göz qabağındadır. Artıq tələbələr Rusiya Federasiyasına deyil, dünyanın bir çox tanınmış universitetlərinə təhsil almağa yollanırdılar. Bir sözlə müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın adını demakratik dövlətlərin sırasına salmaq üçün əlindən gələni etdi və bunu nail oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB