“Atılan addımlar Azərbaycan xalqı və dövlətinin böyük qələbəsidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Xankəndi-Laçın yolunda Azərbaycan sərhəd-keçid məntəqəsinin qurulması, o cümlədən gömrük məntəqəsinin yaradılması istiqamətində atılan addımlar Azərbaycan xalqı və dövlətinin böyük qələbəsidir. Bu belə də olmalı idi. Biz neçə vaxtdır gözləyirik ki, bu məsələ öz həllini tapsın. Ekofəallar da ona görə 140 gündür ekoloji etiraz aksiyası keçirirlər. Bu da öz bəhrəsini verir”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti öz ərazisinin sahibidir: "Azərbaycan istədiyi yerdə məntəqə də, sərhəd-keçid məntəqəsi də qura bilər. Bu Azərbaycanın müstəsna hüququdur. Heç kim buna təəccüblənməsin. Kimin hansı şou kampaniya aparmasına baxmayaraq Azərbaycan öz addımında haqlıdır. Bu da bütün suallara nöqtə qoydu".
Rauf Zeyni sözlərinə belə davam edib: "Laçın-Xankəndi yolunda sərhəd-keçid mənqəsinin qurulması birmənalı şəkildə regionda yeni vəziyyəti yaradacaq. O cümlədən, həm sülh proseslərini sürətləndirəcək, eyni zamanda Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin mövqeyini müəyyənləşdirməyi sürətləndirəcək. Çünki onlar qeyri-müəyyən vəziyyətdə qalmışdılar və bilmirdilər ki, Azərbaycan, yoxsa Ermənistan vətəndaşlığını seçsinlər.
Mən düşünürəm ki, 2020-ci ilin 10 noyabr bəyannaməsindən irəli gələrək proseslər bu cür gedir. Ermənistanın əl atdığı təxribatlar, yaratdığı terror və digər hadisələrin məntiqi cavabı bundan ibarət idi ki, indi artıq keçid məntəqəsində heç kim narahat olmayacaq. Çünki Azərbaycan Sərhəd Qoşunları gedib-gələnləri müşahidə edəcək. Bu çox tarixi bir addımdır. Bir daha Azərbaycan ictimaiyyəti adından xalqımızı təbrik edirik. Qələbələrimiz davamlı olsun".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB