"İsrail Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olub" - POLİTOLOQ ŞƏRH ETDİ

"İsrail Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olub" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan və İsrail xalqları arasında əlaqələr uzun yüzilliklərə, tarixi ənənələrə söykənir. Azərbaycan yəhudilərin yaşadığı yeganə dövlətdir ki, burada onlara qarşı soyqırım və ya diskiminasiya siyasəti həyata keçirilməyib. Azərbaycan hər zaman çoxmillətli xalqların mehriban şəraitdə yaşadığı bir bölgə olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, həmin xalqlar arasında Azərbaycan mədəni dəyərlərinin inkişafında yəhudilərin xüsusi rolu olub: "Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunarkən düşmənə qarşı mübarizədə digər millətlərin nümayəndələri ilə yanaşı, yəhudi xalqının da nümayəndələri də öz şücaətini göstərib. Bu Azərbaycan və İsrail dövləti arasında çox güclü əlaqələrin qurulması ilə nəticələnib. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan İsrail dövlətimizə hər zaman böyük önəm verib və Cənubi Qafqazın əsas söz sahibi kimi Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olub".

Politoloq sözlərinə davam edərək bildirib ki, eyni zamanda, Azərbaycanın haqq mübarizəsinə İsrail dövləti və yəhudi lobbisinin beynəlxalq platformalarda hər zaman dəstəyini müşahidə etmişik: "Hesab edirəm ki, bütün bu sadalanan faktlar Azərbaycan və yəhudi xalqı arasında əlaqələrin yüksək göstəricisindən xəbər verir. Bu iki dövlət arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. Biz bunun bariz nümunəsini bu günlərdə İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması ilə bir daha müşahidə etdik. Bu cür addımlar tarixi ənənələrə söykənən münasibətlərimizin daha da inkişaf etməsinə gətirib çıxaracaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə