“Kadr bazasının formalaşdırılması Prezidentin birbaşa nəzarəti altındadır“ - DEPUTAT DANIŞDI
“Azərbaycan Prezidenti tərəfindən dövlət idarəçiliyinin davamlı təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Yeni dövrün tələblərinə uyğun sistemli şəkildə həm institusional, həm də kadr siyasəti həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, ölkəmiz qarşısında yeni milli hədəflər müəyyənləşdirilib. Təbii ki, bu hədəflərə çatmaq birbaşa dövlət idarəçiliyinin səmərəliyindən asılıdır. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev təbii ki, sözügedən istiqamətdə fəaliyyəti birbaşa öz nəzarəti altında saxlayır. Regionlara intensiv səfərləri regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının maksimum səmərəli nəticəyə yönəlik həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Ayrıca olaraq torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərdə intensiv tikinti-quruculuq işlərinin həyata keçirilməsi birbaşa cənab Prezidentin öz nəzarəti altındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev həmin ərazilərə Prezidentin nümayəndələrini təyin edir ki, nümayəndəlik institutu Azərbaycan dövlət idarəçiliyində yeni bir təcrübədir: “Hesab edirəm ki, zamanla özünü doğruldacağı təqdirdə daha geniş arealda tətbiq oluna bilər. Bu baxımdan təbii ki, keyfiyyətli kadr bazasının formalaşdırılması və onların düzgün yerləştirilməsi də cənab Prezidentin birbaşa nəzarəti altındadır. Eyni zamanda ölkə başçısı davamlı olaraq kadr islahatlarını həyata keçirir və kadrları təyin edərkən onların qarşısında çox ciddi tələblər qoyulur.
Hesab edirəm ki, ölkə Prezidentinin etimad göstərdiyi hər bir kadr elə cənab Prezidentə layiq olmalıdır. Çünki dövlət başçısı öz fəaliyyəti, strateji baxışları ilə unikal bir nümunə təqdim edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB