“Maksimum güclə terrorla mübarizə aparmaq lazımdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Terrorla mübarizə aparmaq hər bir dövlətin birinci işlərindəndir. Çünki terrorun hədəfi xalqlar arasında narazılıq salmaqdır. Bunu siyasətə çevirmək qeyri-mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat sözlərinə belə davam edib: “Mən belə başa düşürəm ki, bütün dünyada terrorizmə qarşı mübarizə aparılır. Amma əfsuslar olsun ki, bəzi ölkələr ikili-üçlü siyasət həyata keçirirlər. Üzdə deyirlər ki, terrorçuluqla mübarizə aparırlar, amma altdan terrora şərait yaradırlar. Bu təbii ki faciədir və insan tələfatına gətirib çıxarır. Mülki insanlar hədəf alınır.
Düşünürəm ki, maksimum güclə terrorla mübarizə aparmaq lazımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB