Gömrük yığımlarına ƏDV tətbiqi dayandırılıb

Gömrük yığımlarına ƏDV tətbiqi dayandırılıb

Hesablama Palatasının təklifləri əsasında gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi dayandırılıb. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.

Hesablama Palatasının 2022-ci il fəaliyyət hesabatında prosedur xarakterli təkliflər barədə məlumat verilib.

Hesablama Palatasının təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi 2023-cü il 1 yanvar tarixindən dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə