"Siyasətdə hamı ilə dost olan adamdan daha təhlükəlisi yoxdur" - ELŞƏN MUSAYEV

"Siyasətdə hamı ilə dost olan adamdan daha təhlükəlisi yoxdur" - ELŞƏN MUSAYEV

"Vahid Əhmədovun erməni əsilli yaramaz məxluqla müsahibəsi məni bu gün danışmağa məcbur edir. Əvvəla qarşındakı yaramazdırsa belə, müsahibə vermək hər kəsin haqqıdır. Fərdi və müstəqil fikir söyləmək də hər kəsin haqqıdır. Amma özünü qaldırmaq istədiyin yerdə bərabər çalışdığın və tanıdığın birini aşağılaya bilməzsən". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşən Musayev deyib.

Deputat sözlərinə belə davam edib: "Müxalifət deyərkən Əli Kərimlini ön plana çıxarıb digərlərinin fəaliyyətinə kölgə sala bilməzsən. Çünki bu haqqı sənə heç kim verməyib.

İnsan məişətdə və qonşuluqda hamı ilə dost ola bilər. Amma və lakin siyasətdə hamı ilə dost olan adamdan daha təhlükəlisi yoxdur. Siyasətlə işıqfor kimi 15 saniyədə rəng dəyişən birindən daha betəri ola bilməz. Mən də həmkarım Fəzail Ağamalı kimi təklif edirəm ki, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət olunsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə