"Ermənistana beynəlxalq hüquqi təzyiqlər artırılmalıdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanın iki Azərbaycan əsgərinə işgəncə verməsi hərbi cinayətdir. Bununla bağlı mütləq şəkildə Ermənistana beynəlxalq hüquqi təzyiqlər artırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu məsələdə Ermənistan hakimiyyəti birbaşa məsuliyyət daşıyır: “Hesab edirəm ki, Azərbaycan tərəfi bununla bağlı yalnız beynəlxalq təşkilatlarla, bəyanatlarla məsələni həll etməli deyil, konkret olaraq hüquqi prosedura başlamalıdır. Həmçinin, hərbçilərin azad olunması istiqamətində də işlər həyata keçirilməlidir. Ermənistan öz hərbi cinayətlərini ört-basdır etmək üçün onlara qarşı qondarma ittihamlar irəli sürüb. Əsgərlərimiz əsir götürülərkən silahsız və köməksiz vəziyyətdə olublar. Video materiallar və şəkillər də göz önündədir. Göründüyü kimi, Ermənistan beynəlxalq hüququ ayaqlar altına alıb. Azərbaycana qarşı etnik düşmənçilik, nifrət siyasətini həyata keçirir. Ortada cinayət hərbi faktı var. Ermənistan hakimiyyəti bununla bağlı mütləq cavab verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB