"Öz imkanlarımız hesabına Ermənistanı sülhə məcbur edəcəyik" - POLİTOLOQ ŞƏRH ETDİ

"Öz imkanlarımız hesabına Ermənistanı sülhə məcbur edəcəyik" - POLİTOLOQ ŞƏRH ETDİ

"Sərhəddə törədilən təxribatlar sülh müqaviləsi bağlanana qədər davam edəcək. Lakin Ermənistan sülh müqaviləsinin bağlanmasını istəmir. Çünki sülh müqaviləsindən danışıldığı anda sərhəddə təxribatlar törətməyə başlayırlar. Keçdiyimiz günlərdə baş verən təxribat da bunun bir göstəricisi idi. Təbii ki, biz cavab atəşi ilə onları susdurduq. Baş verən hadisələrdən sonra Paşinyan sərhəd qoşunlarının komandanını təxribat törətdiklərinə görə, istefaya göndərdi. Daha sonra isə parlament saatında çıxış edərək, ordunun tərkibində başqa ölkələrin agentlərinin olması haqqında məlumat verərək, 5-ci kalon üzvlərinin təxribat törətdiklərini bəyan etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Naxçıvanın Ermənistanla sərhəd boyu ərazisində əlverişsiz hava şəraitində iki əsgərimizin itkin düşməsi barədə məlumat verildi: "Hadisədən iki gün sonra isə sosial şəbəkələrdə əsgərlərimizdən birinə işgəncə verildiyi videosu yayıldı. Bütün bunlar ermənilərin xislətini bir daha ortaya qoyur.

İrəvanda keçirilən yarışlar zamanı isə Azərbaycan bayrağının yandırılması da ciddi hiddət doğurdu. Ermənilər tərəfindən atılan addımların hər biri onların vəhşiliklərini və azərbaycanlılarla birgə yaşamaq istəmədiklərinin göstəricisidir. Buna görə də yaxın zamanda təxribatların bitəcəyini demək çətindir, Ermənistan cəmiyyəti sülhə hazır və razı deyil.

Ermənistanın atdığı hər bir addım onların yaxın zamanda sülhə razı olmayacaqlarını göstərir. Biz isə öz gücümüz və imkanlarımız hesabına Ermənistanı sülhə məcbur edəcəyik".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə