Öz kölgəsinsən qorxan psixi problemli xəstələr kimi ermənilər artıq çox böyük qorxu kompleksi içərisindədirlər və rusların onları tamamilə əzəcəkləri qorxusu yuxularını da ərşə çəkib. Rusiyanın artıq Ermənistanın dövlətçiliyini təhdid etdiyini düşünən və bunu ifadə edən ermənilər az deyil. Ermənistan mətbuatında bir-birinin ardınca belə fikirlər, rəylər yer almaqdadır və görünən odur ki, erməni “başbilənləri” həm qorxurlar, həm də dünyaya səs salıb kömək istəyirlər. Təbii ki, xəyanətkarlıqlarını, namərdliklərini nəzərə aldıqda, qorxu kompleksi keçirmələri başadüşüləndir.
Azərbaycanın 44 günlük müharibədə mükəmməl qələbəsindən, Ermənistanın rüsvayçı məğlubiyyətindən sonra üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq rus sülhməramlılarının Qarabağ ərazisində yerləşdirilməsindən ermənilər bu müddət ərzində sui istifadə etdilər. Erməni silahlı birləşmələrinin qalıqları ölkəmizə məxsus olan əraziləri tərk etməli olduqları halda, məhz sülhməramlılara arxalanaraq mütəmadi təxribatlar hazırladılar. Elə sülhməramlılara arxalanaraq gizli şəkildə silah-sursat, mina daşıyaraq, növbəti təxribatlara hazırlıq da gördülər. Sözsüz ki, sona qədər belə davam edə bilməzdi və indi sülhməramlılar da artıq buna kömək edə, yardımçı ola bilmirlər, çünki bu, onların fəaliyyətləri üçün ziddiyyət təşkil edir. Artıq rus sülhməramlılarından, onların dəstəyindən istifadə edə bilməyən ermənilər onların fəaliyyətini də bəyənməməli olublar və iddia edirlər ki, guya həmin sülhməramlı kontingent erməni əsilliləri qorumaq üçün yox, onları məhv etmək üçün bölgəyə yerləşdirilib. Maraqlıdır, onları məhv etmək üçün yerləşdirilən kontingent niyə kömək edirdi onlara? Digər tərəfdən də, axı Vətən müharibəsi bitdiyi zamandan bu vaxta qədər qoruyucuları sayılan sülhməramlı kontingentə ermənilər necə, hansı üzlə belə qara yaxa bilirlər? Bu bir xəyanətkarlıq nümunəsi deyilmi? Əlbəttə ki, xəyanətkarlıqları fonunda ermənilərin ruslardan “zərbə” gözləmələri anlaşılandır və indi yaşadıqları qorxu da məhz buna görədir. Daha dəqiq desək, xəyanətkarlığın yaratdığı qorxu kompleksi göz önündədir.
Ən maraqlı məqam, ermənilərin guya indi belə bir qərara gəlmələri, bir növ, guya indi “ayılmalarıdır” ki, bu da absurd sayılır, çünki nə sülhməramlı kontingent ermənilərə külli ixtiyar vermək səlahiyyətində olmayıb, nə də ruslar özlərini ermənilər qarşısında borclu hesab etmirdilər ki, səlahiyyət hədlərini də qanunsuz şəkildə aşsınlar və bunu da ermənilər əvvəlcədən bilirdilər. O zaman ermənilər niyə indi qara-qışqırıq, vay-şüvən salıb sülhməramlıları onları qorumamaqda ittiham edirlər və bununla da ürəkləri soyumayaraq, sonlarına çıxmaq üçün onların bölgəyə göndərildiyini iddia edərək bar-bar bağırırlar ki, dünyanın diqqətini cəlb etsilər. Xüsusən də Qərb tərəfindən Rusiya hədəfə alındığı bir zaman kəsiyində bunu etmək, elə məhz erməni xəyanətkarlığıdır, özü də bu dövrə qədər varlıqlarını, mövcudluqlarını qoruyanlara qarşı xəyanətdir. Bu xəyanətlərini, xəyanətkarlıqlarını özlərindən yaxşı heç kəs bilə, başa düşə bilməz və indi bu səbəbdən keçirdikləri qorxu kompleksinin nədən qaynaqlandığı bəlli olur.
Ukrayna ərazisinin nəhəng bir hissəsini ələ keçirməkdə, hər gün Ukrayna şəhərlərini bombalamaqda, vətəndaşlarını öldürməkdə Rusiyanı, rusları ittiham edən haylar bir növ saman altından su yeritməkdədirlər. Çünki belə bir yanaşmanı Qərbin xoşuna gəlmək üçün tətbiq etməklə, xal qazanmaq arzusunda olduqlarını sübut edir, Rusiyanın yanında olmadıqlarını göstərir və əks qütbə yaltaqlanmağa çalışırlar. Bu, elə bir heyrətamiz ikiüzlülükdür ki, tayı-bərabəri bəşər tarixində görünə bilməzdi. İndi Rusiyanı bütün dünya üçün təhlükəsizlik təhdidi adlandıran ermənilər, təhlükəsizliklərinə görə məhz ruslara borcu olduqlarını etiraf etmədikcə, İrəvan məhz Kremlin qarşısında diz çökmədikcə, qorxu kompleksindən azad ola bilməyəcəklər. Çünki nankorluqlarının, xəyanətkarlıqlarının cavabı olacağı qorxusu ilə yaşamalı olacaqlar.
Erməni xislətinə uyğun olaraq, hamını özlərinə borclu saymaqla haylar hədlərini aşırlar, bəzi etirafları etməkdən boyun qaçırmaqla da həyasızlıq edirlər. Məsələn, Ermənistanın 70 il Sovet ölkəsinin kölgəsində, sonra da həmin ölkənin hüquqi varisi sayılan Rusiyanın qanadları altında mövcudluğunu qoruyub saxlaya bilməsini ermənilərin unutması böyük nankorluqdur. İstər həmin o 70 il ərzində, istərsə də ondan sonra rusların necə güclü olduğunu dərk edən ermənilər, indi Qərbin, ümumilikdə dünyanın təpkisi, sanksiyası altında qalan Rusiyanı, sanksiyadan əziyyət çəkən rusları hədəfə alırlarsa, bunun onlara baha başa gələcəyi qorxusuna düşmələrində qeyri-adi heç nə yoxdur. Çünki Rusiya heç də geridəqalmış bir Afrika ölkəsi deyil və istənilən təhdidlərə də, nankorluqlara da adekvat cavab vermək gücündədir. Məsələ burasındadır ki, bunu ermənilər digərlərindən daha yaxşı bilirlər, çünki Rusiyanın hərbi məsələlərinə burunlarını ən çox elə ermənilər özləri soxublar bu illər ərzində.
Son zamanlar Rusiya telekanallarında, bütün dünyanı “nüvə külünə çevirmək”, eləcə də, “Rusiyanın olmadığı bir dünya onlara lazım deyil”, həmçinin, “bizdən sonra lap istəyir subasma olsun” təhdidləri edildiyi barədə Ermənistan mətbuatında həyəcan təbilinin çalınması da əbəs yerə, təsadüfi deyil. Ermənilərin dünyanın qayğısına qalması barədə düşünən yəqin ki, tapılmaz. Deməli, haylar mediada belə fikirləri tirajlamaqla qorxularını ortaya qoyurlar, çünki bilirlər ki, Rusiyanın Ermənistana “qulaqburması” verməsi üçün bir neçə saat, uzaq başı, bir gün bəs edər. Qorxu kompleksi də bu baxımdan anlaşılandır. Xüsusilə, Dövlət Dumasının deputatı Yevgeni Fyodorov tərəfindən səsləndirilən fikirlər ermənilərin kürkünə birə salıb desək, yanılmarıq. Yevgeni Fyodorov qeyd edib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistan SSRİ-dən çıxmayıb, ayrılmayıb və deməli, onun hüquqi varisi olan Rusiyadan da çıxmayıb. “Ermənistan suveren olmalıdır, amma beynəlxalq hüquq nöqteyi-nəzərindən ərazilərinin mübahizəli torpaqlar olması faktoru nəzərə alınmaqla”, deyən Fyodorov ermənilərə dolayısı ilə çox dərin bir ehyam vurub və hədlərini bildirib, hansı ki, indi erməniləri qorxuya salan məsələlərdən biri də bu yanaşmadır. Çünki haylar Fyodorovun səsləndirdiyi təhdidlərin mənasını anlayırlar. Bilirlər ki, ruslar Gümrüdəki Rusiya hərbi bazasından istifadə etməyə hazır olduqlarını bununla nümayiş etdirirlər. Bu fakt özü ermənilərin qorxudan yuxularını qaçırmaları üçün kifayət edir. Həm də hayların torpaqlarının mübahisəli olduğu barədə fikirlər onlar üçün ən ağrılıdır, çünki bölgəyə neçə gəldiklərini özlərindən yaxşı bilən yoxdur. Özləri yaxşı bilirlər ki, Qafqazda məskunlaşmaları üçün özgə torpaqlarına köçürülüblər və həmin ərazilər, həmin torpaqlar onların yurdu, vətəni deyil, Azərbaycana məxsusdur və bu fakt istənilən anda qlobal səviyyədə qaldırılaraq təsdiq olunsa, haylar torpaqdan məhrum olacaqlar. Sözsüz ki, bu köç məsələsində Çar Rusiyasının əvəzsiz rolu, xidmətləri olub və bunu ruslar da, ermənilər də hamıdan yaxşı bilirlər. Ona görə də ermənilər qorxuya düşüblər ki, Rusiyanın arxivində olan həmin sənədlər ortaya çıxsa, ermənilər köçürüldükləri torpaqların da sahibi olmadıqlarını qəbul etməli olacaqlar. Bir sözlə, İrəvan ərazilərini indiyə qədər öz torpaqları kimi dünyaya sırıyan ermənilər üçün Dövlət Dumasının deputatı Yevgeni Fyodorovun sözləri soyuq duş effekti verib və qorxu kompleksi üçün əsas yaradıb.
Özgə torpaqlarında rusların əli və köməyi ilə məskunlaşdırılan, sonra həmin əraziləri özününküləşdirən ermənilər özlərini ölüm və qalım arasında hesab edirlər və Rusiyadan təhlükə gözlədiklərini, bundan da qorxuya düşdüklərini açıq-aşkar etiraf edirlər. Təkcə etiraf etmirlər, utanmadan dünya ictimaiyyətinə də üz tutub kömək diləyirlər, özü də tələb formasında. “Ermənistanı Rusiya təhlükələrindən qorumaq bütün demokratik dünya ictimaiyyətinin şərəf məsələsidir”, fikri səsləndirən erməni başbilənləri görəsən niyə bu qənaətdədirlər? Ermənistan, yaxud ermənilər dünya tarixinə, dünya mədəniyyətinə nə veriblər ki, özlərini belə iddialı aparırlar? Axı, xəyanət, satqınlıq, nankorluq, ikiüzlülük, başqalarına məxsus olanın mənimsənilməsi üçün edilən həyasızlıq və buna bənzər digər erməni xislətinin təzahürü mədəniyyət deyil. Uzaq başı Ermənistan dünyaya bir Kim Qardaşyan bəxş edə bilib ki, bunu da mədəniyyət adlandırmaq olmaz, bu, köhnə peşədir və sırf erməni xislətini özündə əks etdirən peşə, hansı ki, qorxmaq, hətta utanıb yerə girmək üçün kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB