PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik"
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər. Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilək, sosial rifah dövləti mərtəbəsinə yüksəlməkdir.
Sosial dövlət dedikdə inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür. Sosial dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorenc fon Şteyn tərəfindən işlədilmişdir. Lorensə görə sosial dövlət bütün siniflərə, eləcə də hər bir vətəndaşa bərabər hüquq və imkanlar yaradan dövlətdir. Belə dövlətdə hökumət bütün vətəndaşların iqtisadi və ictimai inkişafına siyasi, hüquqi, iqtisadi dəstək verməlidir. Bu ideyanı daha da inkişaf etdirən digər alman alimi H.Heller "Sosial - hüquqi dövlət" anlayışını siyasi arenaya daxil etmişdir. Doğrudan da, hüquqi təminatlar və tənzimləmə olmadan sosial rifah dövləti yaratmaq mümkün deyildir.
Bəli, Prezident İlham Əliyevin yürütdüyü siyasətin də əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirlərini həyata keçirib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Eyni zamanda, 2023-cü ilin ilk ayı olan yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı müvafiq Sərəncam, sərəncama səasaən minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur.
AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ BİZ BUNU SÖZLƏ YOX, ƏMƏLİMİZLƏ TƏSDİQLƏYİRİK
Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır. Sosial islahatlar bütün dövrlərdə və bütün ölkələrdə ən çətin, ağır gedişli və daha çox məsuliyyət tələb edən islahatlardır. Və cari ilin yanvar ayının 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə, həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə, aztəminatlı təbəqəyə və həssas qruplara mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün narahatlıq yaradan kommunal tariflərin dəyişdirilməsi yeni sərəncamla onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Bəli, sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “Ona görə də, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir".
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır: "Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk".
Həmçinin, bu gün şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Bir sözlə, bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb.
BİZ MÜSTƏQİL SİYASƏT APARIRIQ, ÖZ GÜCÜMÜZƏ ARXALANIRIQ, ÖZ HESABIMIZA YAŞAYIRIQ
Bəli, güclü iqtisadiyyəa, güclü dövlət deməkdir. "Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq",- deyən Prezident İlham Əliyev bu gün sözü ilə əməlləri üst-üstə düşən Qalib Liderdir. Dövlət başçımız bildirir ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir: "Ona görə də, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir".
Və bu gün Prezident İlham Əliyev ölkəmizin və əhalinin sosial rifahı üçün gecə gündüz yorulmadan çalışır və dövlət başçımız tərəfindən atılan addımlar, görülən işlər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir və bu proses davam etməkdədir.
Beləliklə, bütün bu uğurlu nəticələr, onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır. Və Azərbaycan Prezidentinin imzaladığı sərəncam sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sosial rifahını qorumaq üçün zəruri addımlarını davam etdirməkdə qərarlıdır. Və xalqımız inanır ki, bu gün tarixi qələbəmizi reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial islahatlar proqramı 2023-cü il də sosial islahatların həyata keçirildiyi növbəti illərdən biri olacaqdır.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB