"Ermənistan hakimiyyəti ilə ordu arasında koordinasiya yoxdur" - POLİTOLOQ ŞƏRH ETDİ
"Sülh müqaviləsi bağlanmayana və delimitasiya, demarkasiya prosesi getməyənə qədər Ermənistan Azərbaycanla dövlət sərhəddində təxribatlarına davam edəcək. Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiya, demarkasiya prosesinə, həmçinin Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduqları ilə bağlı açıqlamalar verir. Lakin reallıq isə Ermənistan ordusunun təxribatlarından ibarətdir. Üstəlik də baş verən təxribatlardan xəbərinin olmadığını dilə gətirən Nikol Paşinyan, orduda 5-ci kalonun olduğunu deyərək, işin içindən çıxmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ilə ordu arasında koordinasiya yoxdur: "Belə olan təqdirdə sülh məsələsi də uzaq bir proses kimi görünür. Ermənistan baş naziri orduya nəzarət edə bilmir, üçüncü ölkələr də bundan istifadə edir.
Sülh müqaviləsinin imzalanmaması da birbaşa Ermənistan rəhbərliyinin siyasi iradəsizliyindən irəli gəlir. Qarşı tərəf Azərbaycanla sülh danışıqlarına getməsə, məsələ getdikcə daha da uzanacaq.
Tiflis formatı reallaşar və ikitərəfli görüşlər keçirilərsə, sülh müqaviləsi bağlana bilər. Azərbaycan hətta bəzi məsələlərdə Ermənistana kömək edə bilər. Onların taleyi yalnız bizimlə sülh bağlamaqdan asılıdır. Əks təqdirdə heç bir təminatları olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB